
Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var.
“AVESTA.AZ”un yerli bürosu məlumat verir ki, hadisə Bakı-Quba yolunda qeydə alınıb.
"VAZ 2107" markalı minik avtomobili yolu keçən ər və arvadı vurub.
Yaralılar xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, ölən qadın 1972-ci il təvəllüdlü Könül Novruz qızı Şeydalıyevadır.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.