
ABŞ Dövlət Departamenti vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb.
“AVESTA.AZ” bu barədə Dövlət Departamentinin bəyanatına istinadən xəbər verir.
"Suriyada vəziyyət qeyri-sabit və qeyri-müəyyən olaraq qalır, ölkə ərazisində silahlı qruplar arasında aktiv toqquşmalar davam edir", - bəyanatda qeyd olunub.
Qurum, həmçinin Suriyada qalmaq qərarına gələn vətəndaşlarını fövqəladə hallar üçün fəaliyyət planı düşünməli olduqları barədə xəbərdar edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.