1-10-2022, 13:54 462

Müharibə iştirakçısı:

“44 günlük Vətən müharibəsində hər kəs vətən oğlu statusunda mübarizə aparıb. Xalqın dəstəyi isə sözün əsl mənasında ordumuza xüsusi güc-qüvvət verib”.

Bu fikirləri “AVESTA.AZ”a açıqlamasında tanınmış jurnalist, ehtiyatda olan baş leytenant, 44 günlük Vətən müharibəsi iştirakçısı Məğrur Əliyev deyib.

Vətən müharibəsinə yaşından və rütbəsindən asılı olmayaraq çox böyük həvəs və coşqu ilə getdiklərindən bəhs edən jurnalist bildirib ki, müharibənin gedişatında döyüş yoldaşları arasında hərbi rütbə, vəzifə fərqi hiss olunmayıb, hər kəs vətən oğlu statusunda mübarizə aparıb: “Silahdaşlarımızın hər biri vətən qarşısında illərlə yığılmış həsrəti, qəzəbi, borcu ödəməyə çalışırdı. Bizim döyüş yolumuz Füzuli rayonunun Alxanlı kəndi istiqamətindən başlayıb, Cəbrayıl rayonu, Füzuli şəhəri ətrafında, daha sonra Hadrut və Tuğ kəndi, sonda isə Zəfər yolu ilə Şuşaya doğru irəliləyib. Müharibənin ilk günündən son gününə kimi ağır və uzun yol keçmişik. Çoxsaylı şəhidlərimiz, qazilərimiz olub və biz onları hər zaman fəxrlə yad edirik. 104 gün hərbi xidmətdə olmuşam, onun 44 günü müharibə günləridir. Şuşa ətrafında mərmi partlayışı nəticəsində xəsarət aldım, lakin müharibənin gedişatında yaralı olduğumu bildirmədim və yoluma davam etdim”.

Müharibə iştirakçısı xalqın birliyindən və dəstəyindən xüsusilə bəhs edib: "Dəstək bütün istiqamətlərdə o qədər aydın hiss olunub ki, bu da sözün əsl mənasında ordumuza xüsusi güc-qüvvət verib. Müharibə zamanı mülki əhalidən ayrılırsan və tamamilə başqa bir dünyaya düşürsən. Hansı ki, orada mülki həyat, insanlar, mağazalar, bir sözlə, heç nə yoxdur. Buna baxmayaraq, xalqımızın ordu ilə vəhdətinin çox güclü olması onların dəstəyini həm mənəvi, həm də faktiki hiss etməyimizə imkan yaradırdı. İnsanlar bizə əllərindən gələn yardımları edirdilər. Bir sözlə, xalqımızın həm mənəvi enerjisini aydın şəkildə hiss edir, həm də praktiki olaraq görürdük. Belə ki, hələ müharibənin ilk günlərindən kimin gücü nəyə çatırdısa, əsgərə göndərirdi. Bunu necə dəyərləndirməmək olar?!”

M.Əliyev vurğulayıb ki, bütün bunları deməkdə məqsədi Azərbaycan xalqının müharibə dövründəki həmrəyliyini az da olsa təsvir etməkdir: “Bizim xalq olaraq aramızda bölgü yox idi. Hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad olunması üçün fərqli formada mübarizə aparırdı. Müharibəyə bütöv xalq və dövlət olaraq girmişik, xalq və dövlət olaraq qalib gəlmişik. Qələbəmizin qazanılmasında hər bir azərbaycanlının bu və ya digər şəkildə rolu var”.

Paylaş

Xəbər lenti

"Unutmayacağımız dostluq jestidir" - İtaliyadan Azərbaycana təşəkkür Bu gün, 14:48 Sabahdan Bakının 2 rayonunda SU KƏSİLƏCƏK Bu gün, 14:48 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar Bu gün, 14:48 Lamin Yamal "Sabah"la oyunu buraxacaq Bu gün, 14:48 Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması haqqında dəyişiklik təsdiqlənib Bu gün, 14:48 Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddəti azaldılıb Bu gün, 14:48 Prezident ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı dəyişikliyi imzalayıb Bu gün, 14:48 Bakının bu rayonlarında mənzillər 20 faizdən çox bahalaşıb - SİYAHI Bu gün, 14:48 Nərimanovda açıq lyuk təhlükəsi - Gecə ərazidən keçmək risklidir Bu gün, 14:48 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi Bu gün, 13:48 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib Bu gün, 13:48 Qurban Qurbanov baş məşqçi karyerasında 900-cü oyuna çıxıb Bu gün, 13:48 Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı Bu gün, 13:48 Yüksək təzyiqi olanlar səhər yeməyini nə vaxt yeməlidir? Bu gün, 13:48 Ötən həftə 470 hektar ərazi minalardan təmizlənib Bu gün, 13:48 Antonio Tayani: Azərbaycanla müdafiə və enerji sektorlarında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur Bu gün, 13:48 Ukraynada dağıntılar altından 14 saat sonra 7 yaşlı uşaq sağ çıxarıldı Bu gün, 13:48 Bəzi yerlərdə yağış intensivləşib, qar yağıb - Faktiki hava Bu gün, 13:48 Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi Bu gün, 12:48 Bakının bu qəsəbələrində yollar TƏMİR EDİLƏCƏK Bu gün, 12:48 Mikayıl Cabbarov: "Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər" Bu gün, 12:48 Məktəbin həyətində yaranmış kanalizasiya problemi aradan qaldırıldı Bu gün, 12:48 "PAŞA Bank" COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib Bu gün, 12:48 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? Bu gün, 12:48 İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib Bu gün, 12:48 Azərbaycanda elektriklə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 12:48 İlham Zəkiyev: "Misir Qran-prisində əsas məqsədim reytinq xallarını artırmaq idi" Bu gün, 12:48 Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir Bu gün, 11:48 Ermənistanda yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub Bu gün, 11:48 Dövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT Bu gün, 11:48 Bloger sükan arxasında canlı açıb, qayda pozdu - DYP hərəkətə keçdi Bu gün, 11:48 Ələtdə yeni hava limanının açılacağı tarix bilindi Bu gün, 11:48 Bakıda kişi hoteldə ölüb Bu gün, 11:48 Dahi bəstəkar Üzeyir Hacıbəyovun vəfatından 78 il ötür Bu gün, 11:48 Erməni əsirliyindən qaçan qazi vəfat etdi Bu gün, 11:48 Mikayıl Cabbarov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır" Bu gün, 11:48 Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü Bu gün, 11:48 Bakıda tıxacları azaltmağın ən real yolu açıqlandı Bu gün, 10:48 Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 10:48 "Şöhrət" ordeni ilə təltif edilən Asif Əsgərov kimdir? Bu gün, 10:48 İstanbul küçələrində şir peyda oldu - "Qalatasaray"ın futbolçusu da axtarışlara qoşulub Bu gün, 10:48 Gələn ildən yeni əməkhaqqı sistemi tətbiq edilə bilər Bu gün, 10:48 Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb Bu gün, 10:48 Alicənab oğlan, sakit vida: Emin Mahmudovun tarixə çevrilən hekayəsi Bu gün, 09:48 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? Bu gün, 09:48 Həbsdəki qohumunun arvadına 42 dəfə zəng edən şəxsi öldürdü Bu gün, 09:48 Müsialanın gələcəyi ilə bağlı qalmaqal böyüyür - Matteusdan çağırış Bu gün, 09:48 Həyat yoldaşının ölümünə səbəb olan sürücüyə hökm oxundu - Təfərrüat Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR