
İtaliya tikinti, aqrar-ərzaq, maşınqayırma, dəmir yolu sektorlarında yüksək keyfiyyətli məhsul və xidmətlər təklif edə bilər.
BAKU.WS xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan-İtaliya biznes-forumunda çıxışı zamanı deyib.
"Azərbaycanın investisiyaları, xüsusilə dəmir yolu sektoruna yatırımlarınız və yeni infrastrukturun yaradılması ilə bağlı planlarınız barədə məlumatlıyam. Biz yüksək texnologiyalar, keyfiyyət və böyük təcrübə təklif edə bilərik. İtaliyada sürətli dəmir yolu nəqliyyatı artıq təkcə ölkə vətəndaşları üçün deyil, həm də ölkəmizə gələn turistlər və iş adamları üçün rahat hərəkət imkanlarının təminatıdır. Sualtı kabellər sektorunda da yüksək keyfiyyətli məhsullar və fəaliyyət göstərməyə hazır böyük şirkətlərimiz var. Bununla yanaşı, müdafiə və enerji sektorlarında da Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Biz sizə elə yüksək keyfiyyətli məhsul və xidmətlər təklif edə bilərik ki, bu da müvafiq sektorlarınızın inkişafına və vətəndaşlarınızın rifahına töhfə verməklə yanaşı, ölkələrimiz arasında mövcud dostluq münasibətlərinə də xidmət edər", - deyə nazir əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.