
Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin həyətində yaranmış kanalizasiya problemi aradan qaldırılıb.
Bu barədə Regional Su Meliorasiya QSC Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən AVESTA.AZ-ə məlumat verilib.
***11:51
Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin həyətində çirkab sudan gölməçə yaranıb.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Şikayətçilər bildirirlər ki, yoldakı çirkab su yığıntısı səbəbilə piyadaların hərəkəti çətinləşib, həmçinin ərazidə antisanitar vəziyyət yaranıb.
Məsələ ilə bağlı Regional Su Meliorasiya QSC Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən AVESTA.AZ-in sorğusuna cavab olaraq bildirilib ki, problem tam aradan qaldırılacaq.
"Abşeron rayonu, Xırdalan şəhəri 3 nömrəli məktəbin həyətində kanalizasiya xəttində yaranmış tutulma ilə əlaqədar Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş və problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə başlanılmışdır. Hazırda qeyd olunan ünvanda kanalizasiya xəttində yaranmış problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Qısa müddətdə problem tam aradan qaldırılacaqdır", - deyə məlumatda qeyd edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.