Bu gün, 12:48 79

İlham Zəkiyev:

Azərbaycanın paralimpiya çempionu İlham Zəkiyevin Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-pri yarışında əsas məqsədi reytinq xallarını artırmaq olub.

AVESTA.AZ xəbər verir ki, idmançı bunu report-a açıqlamasında deyib.

O, zədələr səbəbindən yarışa tam hazır olmasa da, bürünc medal qazanmağı qənaətbəxş nəticə sayıb:

"İsgəndəriyyə Qran-prisində ilk dəfə deyildi ki, iştirak edirdim. 2023-cü ildə də bu turnirə qatılmış və vətənə qızıl medalla qayıtmışdım. Bu dəfə dünya çempionatından sonra zədələrim var idi, müalicələrlə əlaqədar hazırlığım istədiyim səviyyədə deyildi. Rəqiblərim tanıdığım idmançılar idi. Məğlub etdiyim iki cüdoçudan britaniyalı sonuncu dünya çempionatının bürünc mükafatçısıdır. Bürünc medal uğrunda görüşdə üstələdiyim qazaxıstanlı rəqib isə sonuncu dünya çempionu, ondan əvvəlki birinciliyin finalçısı və bürünc mükafatçısıdır. Bu yarışda iştirak etməkdə əsas məqsədim reytinq xallarımızı artırmaq və mövqeyimizi yaxşılaşdırmaq idi. vətənə əliboş qayıtmadıq, nəticəni qənaətbəxş hesab edirəm".

Paracüdoçu qızıl medal qazana bilməməsinin səbəblərinə və kateqoriya bölgüsündəki problemlərə də toxunub:

"Qızıl medal üçün ilk növbədə hazırlığım tam yetərli deyildi. Digər tərəfdən, təəssüf ki, görmə qabiliyyəti olan idmançılar hələ də bu kateqoriyada mübarizə aparırlar. Sonuncu dünya çempionu moldovalı rəqibə uduzdum, halbuki vaxtilə Avropa çempionatında onu məğlub etmişdim. Görmə imkanının olması həm hazırlıq prosesində, həm də görüş zamanı rəqibə üstünlük qazandırır. Bu, şikayət kimi səslənməsin, reallıq belədir. Əslində J1 kateqoriyasında yalnız heç görməyənlər, J2-də isə zəif görənlər çıxış etməlidirlər. Əlbəttə, belə halla ilk dəfə üzləşmirəm. İndiyədək beş Paralimpiadada görmə qabiliyyəti olan cüdoçularla güləşmişəm. Parisdəki Paralimpiya yarışlarından əvvəl qaydalar dəyişdirildi, J1 və J2 kateqoriyaları ayrıldı. Ona qədər B1, B2 və B3 siniflərinin hamısı birlikdə mübarizə aparırdı və mən onların hər biri ilə qarşılaşmışam".

O, növbəti il üçün planlarından və əsas hədəfindən də danışıb:

"Gələn ilin yarış təqvimi açıqlandıqdan sonra məşqçilərlə birlikdə təhlil aparacaq və hansı turnirlərdə iştirakımızın vacib olduğunu müəyyənləşdirəcəyik. Yarışlar çox olsa da, hamısına qatılmaq mütləq deyil, uyğun olanları seçəcəyik. Bildiyiniz kimi, Paralimpiya Oyunlarında püşkatma reytinqə əsasən aparılır. İlk dördlükdə yer alanlar ayrı səbətlərə bölünür, digərləri isə qalan xanalara yerləşdirilir. Ona görə də əsas məqsədimiz reytinqdə ilk dördlüyə düşmək və orada möhkəmlənməkdir".

Qeyd edək ki, Qran-pridə J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.

Paylaş

Xəbər lenti

Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi Bu gün, 12:48 Bakının bu qəsəbələrində yollar TƏMİR EDİLƏCƏK Bu gün, 12:48 Mikayıl Cabbarov: "Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər" Bu gün, 12:48 Məktəbin həyətində yaranmış kanalizasiya problemi aradan qaldırıldı Bu gün, 12:48 "PAŞA Bank" COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib Bu gün, 12:48 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? Bu gün, 12:48 İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib Bu gün, 12:48 Azərbaycanda elektriklə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 12:48 İlham Zəkiyev: "Misir Qran-prisində əsas məqsədim reytinq xallarını artırmaq idi" Bu gün, 12:48 Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir Bu gün, 11:48 Ermənistanda yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub Bu gün, 11:48 Dövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT Bu gün, 11:48 Bloger sükan arxasında canlı açıb, qayda pozdu - DYP hərəkətə keçdi Bu gün, 11:48 Ələtdə yeni hava limanının açılacağı tarix bilindi Bu gün, 11:48 Bakıda kişi hoteldə ölüb Bu gün, 11:48 Dahi bəstəkar Üzeyir Hacıbəyovun vəfatından 78 il ötür Bu gün, 11:48 Erməni əsirliyindən qaçan qazi vəfat etdi Bu gün, 11:48 Mikayıl Cabbarov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır" Bu gün, 11:48 Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü Bu gün, 11:48 Bakıda tıxacları azaltmağın ən real yolu açıqlandı Bu gün, 10:48 Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 10:48 "Şöhrət" ordeni ilə təltif edilən Asif Əsgərov kimdir? Bu gün, 10:48 İstanbul küçələrində şir peyda oldu - "Qalatasaray"ın futbolçusu da axtarışlara qoşulub Bu gün, 10:48 Gələn ildən yeni əməkhaqqı sistemi tətbiq edilə bilər Bu gün, 10:48 Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb Bu gün, 10:48 Alicənab oğlan, sakit vida: Emin Mahmudovun tarixə çevrilən hekayəsi Bu gün, 09:48 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? Bu gün, 09:48 Həbsdəki qohumunun arvadına 42 dəfə zəng edən şəxsi öldürdü Bu gün, 09:48 Müsialanın gələcəyi ilə bağlı qalmaqal böyüyür - Matteusdan çağırış Bu gün, 09:48 Həyat yoldaşının ölümünə səbəb olan sürücüyə hökm oxundu - Təfərrüat Bu gün, 09:48 Bakıda daha 28 svetoforda velosiped bölməsi quraşdırılıb Bu gün, 09:48 Bakıda qarajlar rekord həddə BAHALAŞDI Bu gün, 08:48 Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi Bu gün, 08:48 Rusiyada eyni klinikada işləyən azərbaycanlı və erməni iki həkimin səs-küy yaradan dostluğu Bu gün, 08:48 Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb Bu gün, 08:48 İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" Bu gün, 08:48 Ad günündən qayıdan Ada Süleyman faciəli şəkildə öldü - TƏFƏRRÜAT Bu gün, 08:48 Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR – Mütəxəssislərin tövsiyəsi Bu gün, 00:48 TikTok-un məşhur qarğıdalı satıcısına bir neçə saniyədə 21 min manatlıq HƏDİYYƏ Dünən, 23:48 Ağır xəstəlikdən əziyyət çəkən Brus Uillisin yeni FOTOSU YAYILDI Dünən, 23:48 Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI Dünən, 23:48 Azərbaycanda ən yaşlı universitet müəlliminin 97 yaşı tamam oldu Dünən, 22:48 Hər zaman öz bildiyini edən BÜRCLƏR – Heç kimin sözünə baxmırlar Dünən, 22:48 ABŞ-də əyləncə məclisində atışma: 9 nəfər yaralandı Dünən, 22:48 İran yeni raket buraxılış qurğusunu nümayiş etdirdi Dünən, 21:48 "Yuventus"dan möhtəşəm qələbə: Rəqibini 4 qolla məğlub etdi Dünən, 21:48 Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq? Dünən, 21:48 İranda elektrik enerjisi ilə bağlı ciddi problem: Ölkə üzrə fasilələr başlayacaq Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR