10-12-2024, 16:51 422

Biznes məqsədli avtomobillərin idxalında beynəlxalq təcrübə: Azərbaycanda mövcud vəziyyət - ARAŞDIRMA

Bu gün qlobal ticarət sadəcə məhsulların istehsal olunduğu yerdən istehlakçıya çatdırılması ilə bitmir, eyni zamanda yüklərin vaxtında, sürətli, təhlükəsiz və səmərəli çatdırılmasını labüd edir. Bu tələblərin həyata keçirilməsi üçün kifayət qədər nəqliyyat vasitələri olmalı, rəqabətədavamlı mühit yaradılmadır. Avtomobil nəqliyyatının yükdaşımalarda önəmli paya sahib olduğunu nəzərə alsaq, bu istiqamətdə də addımların atılması yükdaşıma şirkətlərinin bu sektora marağının cəlb edilməsində mühüm rol oynaya bilər. Bu, ölkədaxili ticarətin stimullaşdırılması üçün də vacibdir. Bir çox ölkələr biznes məqsədli nəqliyyat vasitələrinin idxalında bir sıra vergi və gömrük güzəştləri tətbiq edir ki, bu da, ölkədaxili və beynəlxalq ticarətin, o cümlədən logistikanın inkişafına əhəmiyyətli töhfə verir.

“Report” bu yazıda Azərbaycanda bu istiqamətdə görülən işləri, beynəlxalq təcrübələri araşdırıb.

Ticarətin beynəlxalq miqyasda artımı ilə yükdaşıma və logistika sektorlarının da üzərinə böyük məsuliyyət düşür. Avtomobillər yükdaşıma prosesində ciddi alət olub ticarətin sürətləndirilməsində mühüm əhəmiyyət daşıyır. Bunu nəzərə alaraq bir sıra ölkələr biznes məqsədli avtomobillərin gömrük vergilərinə güzəştlər tətbiq edir. Həmin ölkələr yükdaşıma sektorunu təşviq edərək ticarətin daha səmərəli olmasına şərait yaradır. Bu ölkələr sırasında ABŞ, Tailand, Çin, Hindistan, Avropa İttifaqı ölkələrindən Almaniya, Fransa, İspaniya, o cümlədən qonşu Türkiyə var və Rusiya da bu istiqamətdə təkliflər hazırlayır.

Məsələn, Almaniya biznes məqsədilə gətirilən avtomobillər üçün xüsusi vergi güzəştləri təklif edir. Bundan əlavə, illik idxal limitlərini ötmədiyi halda bu avtomobillərə daha aşağı gömrük rüsumları tətbiq olunur. Bu cür güzəştlər logistika xərclərini azaltmaqla ticarətin sürətlənməsinə kömək edir.

Biznes məqsədli nəqliyyat vasitələri üçün tətbiq olunacaq vergilər malın SİF dəyərinə əsasən müəyyənləşdirilir. Bu dəyər avtomobillərin satış qiyməti, sığorta və çatdırılma xərclərinin cəmidir. Avropa İttifaqına daxil olmayan ölkələrdən idxal edilən bu cür avtomobillər üçün əsasən 10 % dəyərində gömrük vergisi tətbiq olunur.

ABŞ-da biznes məqsədilə idxal edilən nəqliyyat vasitələri üçün aşağı gömrük rüsumları və sürətləndirilmiş idxal prosedurları təklif olunur. Bu yanaşma biznes avtomobilləri üçün daha az bürokratiya və vergi güzəştləri ilə yükdaşımalar sahəsində üstünlüklər yaradır. Yüngül yük pikap avtomobilləri, orta tonnajlı və ağır yük maşınları müxtəlif gömrük rüsumu dərəcələrinə əsasən vergiyə cəlb edilir. Bununla yanaşı, pikap avtomobilinin mənşə ölkəsi ilə ABŞ arasında mövcud olan ticarət sazişləri gömrük rüsumlarını azalda bilər.

Həmçinin pikap avtomobilinin istifadə məqsədi, məsələn, yük daşınması və ya xidmətlərin göstərilməsi, gömrük ödənişlərinin hesablanmasında əhəmiyyətli rol oynayır. Bu cür fərqləndirmələr idxal prosedurlarını daha çevik və biznes üçün daha əlverişli edir.

Çində biznes məqsədilə gətirilən avtomobillərə ümumilikdə aşağı gömrük vergisi tətbiq olunur ki, bu, xüsusilə böyük logistika şirkətlərinə cəlbedici vəziyyət yaradır. Yükdaşımaya ayrılan diqqət Çinin logistika sektorunun da böyüməsinə dəstək olur.

Çin idxal edilən biznes məqsədli avtomobillərin gömrük məsələlərini sadələşdirmək və bir sıra istiqamətlər üzrə maliyyəni azaltmaq məqsədilə 2024-cü ildə bəzi dəyişikliklər həyata keçirib. Belə ki, biznes məqsədli avtomobillərin akkumulyatorlarında istifadə edilən litium karbonat və kobalt karbonat kimi mühüm xammaddələrə tətbiq olunan idxal vergisi 5 %-dən 0 %-ə endirilib. Bu addım yeni elektrikli avtomobillərin qiymətini azaltmaq üçün həyata keçirilib.

Türkiyədə isə biznes məqsədilə gətirilən avtomobil idxalına istiqamətlənən müvafiq güzəştlər var. Xüsusilə Türkiyədə İnvestisiya Təşviq Sertifikatı ilə idxal ediləcək nəqliyyat vasitələri üçün gömrük rüsumundan azad oluna bilər. Bu sənəd investorlara idxalda müxtəlif üstünlüklərdən yararlanmaq imkanı verir.

Türkiyədə biznes məqsədli avtomobillərin idxalında tətbiq ediləcək gömrük vergisi dərəcələri əsasən avtomobilin modelinə, mühərrik gücünə, mənşə ölkəsinə və avtomobillərin istifadə məqsədinə görə dəyişir. Məsələn, biznes məqsədli ortatonnajlı nəqliyyat vasitələrində (pikap, mikroavtobus) əsasən gömrük vergisi 10-20 % arasında dəyişir. Ancaq Avropa İttifaqı ölkələrindən idxal edilən avtomobillər üçün Gömrük İttifaqı razılaşmasına əsasən gömrük vergisi tətbiq edilmir. Biznes məqsədli iritonnajlı nəqliyyat vasitələrində isə gömrük vergisi 10 %-dək tətbiq olunur ki, bu da aşağı göstəricidir.

Rusiyada hazırda yükdaşımalar üçün nəzərdə tutulan pikapların gömrük rəsmilləşdirilməsi minik abtomobillərindən 40-50 % daha ucuz başa gəlir. Bunun əsas səbəbi gömrük rəsmiləşdirilməsi zamanı pikapların təsnifatından asılı olaraq tətbiq edilən rüsum və yığım məbləğlərinin fərqli olmasıdır.

Əgər pikap minik avtomobili kimi təsnif edilərsə, yığım məbləği avtomobilin yaşından asılı olaraq 1,2-1,6 milyon rubl (11 min 813 - 15 min 751 ABŞ dolları) arasında dəyişir. Lakin pikap yük avtomobili kimi tanınarsa, utilizasiya yığımı cəmi 64,2 min rubldan (632 ABŞ dolları) 93,4 min rubla (919 ABŞ dolları) qədər təşkil edir. Bu, biznes məqsədli pikaplar üçün utilizasiya yığımının 17-19 dəfə daha az olması deməkdir. Beləliklə, pikapların təsnifatı idxalın maya dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Azərbaycanda isə mənzərə fərqlidir. Ölkəmizin coğrafi mövqeyi onun tranzit əhəmiyyətini artırır və logistika mərkəzinə çevirilməsinə xüsusi önəm daşıyır. Bir sıra mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısı və bu istiqamətdə layihələrin təşəbbüskarı kimi Azərbaycanda biznes məqsədli nəqliyyat vasitələrinə ehtiyac yaranır. Ölkəmizin qlobal ticarət zəncirində öz yerini qoruması və daha da irəli getməsi üçün yükdaşımalarına nəqliyyat vasitələrinin cəlbi mühüm önəm daşıyır. Lakin bu nəqliyyat vasitələrinə digər minik vasitələri ilə müqayisədə eyni gömrük və vergi rüsumlarının tətbiqi bəzi üstünlüklərin qarşısını alır. Belə ki, xüsusilə logistika şirkətləri və daşımalarla məşğul olan sahibkarlar ticarətin sürətlənməsi və genişləndirilməsində bu cür nəqliyyat vasitələrindən daha geniş istifadə edə bilmirlər. Rüsumlara güzəştin tətbiq edilməməsi nəqliyyat vasitələrinin sayının azlığına, sürətli daşımaların həyata keçirilməməsinə, biznes məqsədli nəqliyyat vasitələri parkının yenilənməməsinə, daşıma xərclərinin baha olmasına səbəb olur. Bu istiqamətdə atılacaq müsbət addımlar ölkədə biznesin inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, qeyd edilən sahənin təşviqi baxımından da önəm daşıyır. Təbii ki, Azərbaycanda yükdaşıma təyinatlı nəqliyyat vasitələrinin idxalında müəyyən stimullaşdırıcı addımlar var. Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana istismar müddəti 10 ildən artıq olan avtomobillərin idxalı məhdudlaşdırılıb. Amma yükdaşımaya cəlb olunacaq avtomobillərin idxalında bu cür məhdudiyyət tətbiq edilmir. Bu, ölkədə yükdaşımalara avtomobillərin cəlbinə müəyyən töhfə verir.

Azərbaycanda biznes məqsədli avtomobillərin idxalına vergi və gömrük güzəştləri tətbiq olunsa, daşınma xərcləri əhəmiyyətli dərəcədə azalacaq və bu da kiçik biznes sahiblərinin ticarətdə daha rəqabətədavamlı olmasına şərait yaradacaq. Belə güzəştlər xüsusilə fermerlər üçün məhsullarını bazarlara daha sərfəli şərtlərlə tədarük etmək imkanı yaradar, nəticədə qiymət artımının qarşısını alar və məşğulluğun artmasına töhfə verər.

Biznes məqsədli avtomobillərə xüsusi gömrük vergi rejiminin tətbiqi ölkələrin ticarət potensialına birbaşa təsir edən mühüm amillərdəndir. Azərbaycan bu sahədə bəzi ölkələrdən geri qalsa da, lazımi islahatları həyata keçirməklə kiçik biznesi stimullaşdırmaq və ticarət axınını sürətləndirmək potensialına malikdir.

Eyni zamanda, ölkələr arasında gömrük vergisi dərəcələrinin müxtəlifliyi beynəlxalq rəqabət gücünü müəyyənləşdirən əsas faktorlardan biridir. Bu səbəbdən, vergi güzəştləri daşınma sektorunun iqtisadi təsirini artırmaq və ölkənin logistika potensialını gücləndirmək üçün strateji bir vasitə ola bilər.

Son olaraq, qlobal ticarətin sürətli və səmərəli şəkildə inkişafı üçün nəqliyyat sistemlərinin optimallaşdırılması və müasir tələblərə uyğunlaşdırılması vacibdir. Bu səbəbdən biznes məqsədli avtomobillərin idxalı və logistika sektorunun inkişafı olduqca əhəmiyyətlidir. Bir çox ölkə bu sahəyə yönəlmiş vergi və gömrük güzəştləri ilə ticarətin sürətini artırmağa və iqtisadiyyatlarını daha da gücləndirməyə çalışır. Azərbaycanda isə strateji coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərinə daxil olması ölkənin yükdaşımaları sahəsində daha da irəliləməsinə imkan yaradır. Bununla belə, ölkəmizdə biznes məqsədli nəqliyyat vasitələrinin vergi və gömrük sistemində ediləcək bəzi dəyişikliklərə bu inkişafa əlavə təkan verə bilər. Bu addımların atılması, yalnız yerli ticarətə deyil, həm də beynəlxalq logistika şəbəkələrinə Azərbaycanın təsirini artıracaq və ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək.

Paylaş

Xəbər lenti

Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR