1-10-2022, 20:11 655

"Bizim üçün bir az üzücü oldu. İlk hissədə çox yaxşı oyun sərgilədik, qol vurduq və hesabı artırmaq üçün 2-3 real şansımız da var idi".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Qarabağ"a səfərdə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis son saniyələrədək mübarizə aparmalı olduqlarını bildirib: "Oyunçular dərk etməlidirlər ki, futbol 90 dəqiqə oynanılır. İkinci yarıda sadə səhvlərlə rəqibin işini asanlaşdırdıq. Bu, "Qarabağ"a qarşı ilk matç idi. Onları təbrik edirəm. Növbəti qarşılaşmada daha güclü olacağıq".

Rumıniyalı baş məşqçi görüşü analiz edəcəklərini söyləyib: "Qarabağ" daha çox qol vura bilərdi. Qapımızda gördüyümüz ilk qolda pressinqdən çıxdılar və hücuma keçib fərqləndilər. Yəni, çox asan qol alındı".

Regekampf Salomon Kverkveliyanın start heyətdə meydana çıxmamasının səbəbini açıqlayıb: "O, Gürcüstan millisinin düşərgəsindən yeni gəlmişdi. Çempionatdakı fasilədə Mamadu Mboc üzərində çox yaxşı çalışdı. Həftə ərzindəki məşqlərə əsasən belə qərar verdim".

Mütəxəssis hücumdan müdafiəyə tez qayıtmadıqlarını sözlərinə əlavə edib: "Keçidlərdən yaxşı istifadə edə bilmirik. Buna görə də qapımız qarşısında çoxlu qol epizodları yarandı. Oyunçular və komandam haqqında danışmaq istəmirəm. Bir yerdə çalışırıq. Hər kəs ən yaxşısını etməyə cəhd göstərir. Bütün futbolçularımıza inanırıq. Özümüzü kimləsə müqayisə etmək istəmirik. İlk dəqiqələrdən futbol oynamağa, müdafiədə oturmamağa çalışdıq. Qol imkanlarını qaçırdıq. Birinci hissədə rəqibin də epizodları oldu. Onların geniş heyəti və yaxşı oyunçuları var. Bu riski üzərimə götürdüm. Komandamın baxımlı futbol sərgiləməsini xoşlayıram. Məncə, bu qarşılaşmanı özümüzə dərs kimi götürməliyik. Dərk etməliyik ki, matç 90 dəqiqə davam edir".

Baş məşqçi qarşılaşmada qələbə üçün meydana çıxdıqlarını diqqətə çatdırıb: "Fanatlar da ilk dəqiqələrdən bunu gördü. Görüş bitəndən sonra oyunçularla birlikdə azarkeşlərə tərəf getdik, onları alqışladıq. Tərəfdarlar hər zaman arxamızdadırlar. Üzülmələri normaldır, mən də onlar qədər məyus oluram. “Qarabağ”la növbəti matçda daha yaxşı çıxış edib qələbə qazanmalıyıq. Rəqib bu gün qalib gəldi. Bu, yalnız bir matçdır. Görüşə yenidən baxmalı, nəyi pis etdiyimizi görməliyik. Biz “Neftçi”yik, kiməsə çatmağımıza ehtiyac yoxdur. Sadəcə, hər oyunda qələbə üçün çalışıb, sonda titul qazanmaq istəyirik".

Paylaş

Xəbər lenti

Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" Bu gün, 00:48 Bu bürcdən olan xanımlar daha çox qeybət etməyə meylli olur Bu gün, 00:48 Paytaxtın iki rayonunda su olmayacaq Dünən, 23:48 Maduronun müttəfiqi ABŞ-də çirkli pulların yuyulması ittihamını etiraf edib Dünən, 23:48 Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb Dünən, 23:48 Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək Dünən, 23:48 Yəmən ordusu husilərin mövqelərinə hücumu gücləndirib Dünən, 23:48 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi Dünən, 22:48 Parisin keçmiş meri İdalqo uşaqlara qarşı zorakılığa görə şəxsi məsuliyyətini qəbul etməyib Dünən, 22:48 Brent neftinin qiyməti 109 dolları ötüb, WTI 5%-dən çox bahalaşıb Dünən, 22:48 Sabah bəzi ərazilərində işıq olmayacaq Dünən, 22:48 Diplomatların səfəri Azərbaycanın Qarabağdakı reallıqlarını dünyaya göstərir Dünən, 21:48 Anar Bayramov daha bir xəstəxananın direktorunu işdən çıxardı Dünən, 21:48 Yəmən müharibəsində ən sirli fiqur: General Şəhlayi kimdir? Dünən, 21:48 Heydər məscidinin imamı: Ermənistanın işğalı dövründə Azərbaycanın dini və mədəni irsinə ciddi ziyan dəyib Dünən, 21:48 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi Dünən, 21:48 Müqəddəs kitabların təhqir edilməsi və qlobal ikili standartlar - "İslamın mahiyyəti sülh və ədalətdir" Dünən, 20:48 Zahid Oruc: "Tarixi irsimizi mənimsəyə bilməzlər" Dünən, 20:48 Dostunun borc verdiyi 500 000 dolları 10 dəqiqədə qumarda itirib Dünən, 20:48 Tarixi həqiqətlər dəyişmir - "Qafqaz Albaniyası birmənalı olaraq Azərbaycanın qədim irsidir" Dünən, 20:48 Politoloq:  "İşğal olunan bütün mədəni sərvətlərimiz də azadlığına qovuşmalıdır" Dünən, 19:48 Avropa Parlamentinin mövqeyi ikili standartların göstəricisidir Dünən, 19:48 Qarabağın Alban irsi: Tarixi faktlar nə deyir? – Politoloqdan mühüm AÇIQLAMA Dünən, 19:48 Politoloq: "Ermənilərin tarixi faktları silmə cəhdləri uğursuzluqla başa çatacaq" Dünən, 19:48 Azərbaycan neftinin əsas alıcıları açıqlanıb - TOP 10 Dünən, 18:48 Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 18:48 Eşqləri cəmi 1 ay çəkdi - Məşhur aktrisa futbolçu sevgilisindən ayrıldı Dünən, 18:48 Avropa bazarı üçün keyfiyyət imtahanı: Azərbaycan nəyi dəyişdi? Dünən, 18:48 AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik günü" keçirilib Dünən, 18:48 Zahid Oruc: "Qarabağ uğrunda mübarizənin məzmunu dəyişir" Dünən, 18:48 Şəbnəm Həsənova: "Qarabağın Alban-xristian irsi Azərbaycanın tarixi-mədəni irsinin mühüm komponentidir" Dünən, 18:48 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib Dünən, 17:48 İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır Dünən, 17:48 Ədliyyə orqanlarında tibb xidməti işçilərinə xüsusi rütbələrin verilməsi təklif edilir Dünən, 17:48 Prezident: Azərbaycan gücləndikcə, ona qarşı Qərbdən çirkin media kampaniyası aparılır Dünən, 17:48 İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz Dünən, 17:48 AMB iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib Dünən, 17:48 "Azərşəkər"dən kiçik məktəblilərə böyük sevinc Dünən, 17:48 İlk dəfə açıqladılar: ABŞ kosmosa silah yerləşdirdi Dünən, 17:48 Xırdalanda qumbara partladı, 19 yaşlı qız həlak oldu Dünən, 17:48 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi Dünən, 17:48 Nazilə Səfərlidən ETİRAZ: "Hər uşağın bir sürücüsü var, niyə?" Dünən, 17:48 8 Noyabr prospektində səki çöküb Dünən, 17:48 Prezident: Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq Dünən, 16:48 Prezident: Biz hər zaman çalışmışıq İslam həmrəyliyini əməli-praktiki addımlarla gücləndirək Dünən, 16:48 Şengen zonasına daxil olan 9 ölkədə bu sistemin tətbiqi təxirə salındı Dünən, 15:48 Azərbaycan Türkiyəyə COP31-lə bağlı böyük dəstək verir Dünən, 15:48 Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR