13-12-2024, 18:57 558

NATO Müdafiə Kollecinin “Ali kurs” heyəti Azərbaycanda səfərdə olub

NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsen və onun rəhbərlik etdiyi "Ali kurs"un heyəti ölkəmizə "Sahə Araşdırmaları səfəri" çərçivəsində ADA Universtitetində və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də olub.

Müdafiə Nazirliyindən "Report"a bildirilib ki, ADA Universitetində keçirilən tədbiri giriş nitqi ilə prorektor, Milli Məclisin deputatı Fariz İsmayılzadə açıb.

Sonra fəxri qonaq qismində dəvət olunan Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyev qonaqları salamlayaraq, onları ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib. Cənab H.Hacıyev "Azərbaycanın xarici siyasəti", "Regional Təhlükəsizlik və yeni çağırışlar" mövzularında çıxış edib, qonaqları maraqlandıran sualları cavablandırıb.

Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova "Azərbaycanın Enerji Strategiyası" mövzusunda təqdimat verərək ölkəmizin iştirak etdiyi regional və dünyəvi iqtisadi layihələr barədə qonaqları məlumatlandırıb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Ramil Şükürov tərəfindən ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb, həmçinin "Azərbaycan-NATO əməkdaşlığı" və "Müdafiə strategiyası" mövzularına dair təqdimat verib.

NATO Müdafiə Kollecinin "Ali Kurs"unun dinləyicilərinin ünvanladığı suallar çıxış edənlər tərəfindən cavablandırılıb.
Tədbirdə, həmçinin Slovakiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Layçak, Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya, Müdafiə Nazirliyinin və ADA Universitetinin nümayəndələri iştirak ediblər.

Daha sonra NATO nümayəndə heyəti "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-ni ziyarət edib.

Görüşdə qonaqlara Bakı Limanının tarixi, fəaliyyət sahələri, strateji əhəmiyyəti, beynəlxalq əlaqələri və gələcək inkişaf planları haqqında ətraflı məlumat verilib. Həmçinin limanın yükdaşımaları, logistik xidmətlər, ətraf mühitin qorunması və rəqəmsal transformasiya sahələrindəki uğurları haqqında danışılıb.

Limanın ərazisindəki müasir infrastruktur və obyektlərlə tanış olan qonaqlar limanın inkişafı və gələcək perspektivləri barədə əldə etdikləri məlumatlardan məmnun olduqlarını ifadə ediblər.

Paylaş

Xəbər lenti

Azərbaycanda kişilərin ölüm göstəricisi qadınlardan yüksəkdir: Diqqətçəkən faktlar, səbəblər Bu gün, 22:48 Bu ölkədə Eboladan ölənlərin sayı 6 min nəfəri ötüb Bu gün, 22:48 Xalq artistinin səhhəti necədir? - Qızı danışdı Bu gün, 21:48 Göygöldə minik maşını ağaca çırpılıb, xəsarət alan var Bu gün, 21:48 Netanyahu müxalifət liderinə baş nazir postunu növbə ilə tutmağı təklif edib Bu gün, 21:48 Ərəb koalisiyasından husilərə çağırış: "Müharibə sabah bitə bilər" Bu gün, 21:48 Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var Bu gün, 20:48 Azərbaycan və Peru arasında ilk konsulluq məsləhətləşmələri keçirilib Bu gün, 20:48 "Qarabağ" və "Şamaxı" növbəti qələbələrini qazandılar Bu gün, 20:48 Aqil Məmmədova "polkovnik" ali hərbi rütbəsi verildi Bu gün, 20:48 Nəbi İsgəndərov Dünya Kubokunda yarımfinala yüksəlib Bu gün, 19:48 Heydər Əliyev prospektində qəza baş verib, yolda sıxlıq yaranıb Bu gün, 19:48 "Qaradağ Lökbatan" 18 cavabsız qol vurdu Bu gün, 19:48 Məşhur serialların aktyoru küçələrdə yaşayır Bu gün, 19:48 Hava ilə bağlı XƏBƏRDARLIQ - Noyabrın 30-dan dekabrın 2-dək... Bu gün, 18:48 Gecə içki içən sürücülərə xəbərdarlıq - Səhəri cəzalana bilərsiniz Bu gün, 18:48 Leysan yağacaq, bəzi dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ Bu gün, 18:48 Azərbaycanlı şoumenin 2,3 milyon aliment borcu var Bu gün, 18:48 Bəzi magistral yollarda görünüş məsafəsi azalacaq Bu gün, 17:48 Rusiya yanacaq idxalını artırmağı planlaşdırır Bu gün, 17:48 Bakı-Tbilisi qatarlarına bilet satışında hansı yeniliklər gözlənilir? Bu gün, 17:48 Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb Bu gün, 17:48 SEPAH: Hörmüz boğazında daha iki neft tankeri minaya düşüb Bu gün, 17:48 Sabahkı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər Bu gün, 16:48 Xalq artisti: "Övlada hər zaman nəzarət etməlisən" Bu gün, 16:48 Mərkəzi Asiyadan Hind okeanına: Yeni nəqliyyat qovşağına çevrilən region Bu gün, 16:48 Mağazalarda "Qara cümə" kampaniyaları: Endirim, yoxsa marketinq hiyləsi? Bu gün, 15:48 Taekvondoçularımız Avropa birinciliyində bürünc medal qazanıb Bu gün, 15:48 Dünya bazarında qızılın qiyməti 100 dollardan çox artdı Bu gün, 14:48 Bakıda gənc oğlan küçədə bıçaqlandı Bu gün, 14:48 Dövlət Komissiyası beynəlxalq konfrans iştirakçılarının Qarabağa səfərinə dair videoçarx yayımlayıb Bu gün, 14:48 İkinci INMerge İnvestisiya Forumu qlobal investorları Bakıda bir araya gətirib Bu gün, 14:48 Siyazəndə su kanalına düşən azyaşlı ilə bağlı açıqlama Bu gün, 13:48 Gəncədə köşkdə meyiti tapılan şəxsin kimliyi məlum olub Bu gün, 13:48 Zelenski mövcud cəbhə xətti boyunca atəşkəsə razı olduğunu açıqlayıb Bu gün, 13:48 İspaniyada növbədənkənar parlament seçkilərində səsvermə başlayıb Bu gün, 13:48 Muslera 40 yaşında futbolçu karyerasını başa vurub Bu gün, 12:48 "Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir? Bu gün, 12:48 Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq Bu gün, 12:48 Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib Bu gün, 12:48 Qaraçuxur poliklinikasında rentgen cihazı işləmir Bu gün, 11:48 Bu rayonda fərdi yaşayış evləri TƏMİR OLUNACAQ - Nazirlik 1 milyon ayırdı Bu gün, 11:48 Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub Bu gün, 11:48 Məktəbin həyətindəki 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş Bu gün, 11:48 Dünya bazarında neftin qiyməti aşağı düşüb Bu gün, 10:48 FIFA sülh mükafatını ləğv edə bilər Bu gün, 10:48 Feyza Civelek yeni serialda rol alacaq Bu gün, 10:48 "Beach Boys" qrupunun qurucularından Mayk Lav 85 yaşında vəfat edib Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR