13-12-2024, 20:42 485

Fransanın ifrat sağçıları yeni baş naziri bütün partiyalarla dialoqa çağırır

Fransanın yeni Baş naziri Fransua Bayru Milli Assambleyadakı bütün siyasi qüvvələrin fikirlərini nəzərə almalıdır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu fikri dekabrın 13-də Fransanın ifrat sağçı “Milli Birlik” partiyasının (MBP) lideri Jordan Bardella bildirib.

“Yeni Baş nazir parlamentdə təmsil olunan bütün siyasi partiyalarla dialoq aparmalıdır”, - Bardella BFM TV-nin efirində deyib.

O əlavə edib ki, MBP apriori etimadsızlıq votumu təklif etməyəcək və ilk növbədə, yeni Nazirlər Kabinetinin necə işləyəcəyinə baxacaq.

Bu partiyanın parlament fraksiyasının rəhbəri Marin Le Pen isə ümid edir ki, yeni baş nazir ağıllı və düşünülmüş büdcə planı yaratmaq üçün müxalif siyasi qüvvələri dinləyib, onları eşidəcək. Əks halda, Le Penin fikrincə, Fransa çıxmaz yola və böhrana girəcək.

Öz növbəsində ifrat solçu “İtaətsiz Fransa” partiyası Bayruya etimadsızlıq votumu elan etmək niyyətində olduğunu açıqlayıb. Bundan əlavə, partiya “X” sosial şəbəkəsindəki hesabında “Prezident postunu tərk etməlidir” yazıb.

“Avropa-Ekologiya-Yaşıllar” partiyasının milli katibi Marin Tondelye telekanala bildirib ki, Bayru iqtisadiyyatı inkişaf etdirməsə və daxili işlər naziri Bruno Retayonu əvəz edəcək şəxs tapmasa, onun partiyasının seçimi qalmayacaq və fürsət yarandıqda partiyanın deputatları baş nazirə etimadsızlıq votumunun lehinə səs verəcəklər.

Bu arada, Sosialist Partiyası Bayrunun Konstitusiyanın Milli Assambleyada səsvermə olmadan qanunların qəbuluna imkan verən 49.3-cü maddəsinə müraciət etməyəcəyi təqdirdə yeni baş nazirə etimadsızlıq votumunu dəstəkləməyəcəyinə söz verib. Sosialistlər, həmçinin Bayru hökumətinə qoşulmaq niyyətində olmadıqlarını açıqlayıblar.

Kommunist Partiyasının milli katibi Fabien Russel Bayrunun təyinatını “pis xəbər” kimi təqdim edərək dərhal partiyasının tələblərini irəli sürüb: siyasi kursun dəyişdirilməsi, parlamentə hörmət edilməsi və Fransa Konstitusiyasının 49.3-cü maddəsinin tətbiq edilməməsi.

Paylaş

Xəbər lenti

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR