
Hindistanın Qərbi Racastan ştatında yanacaq daşıyan tankerin digər avtomobillərlə toqquşması və alov alması nəticəsində azı 5 nəfər ölüb, 35 nəfər yaralanıb.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Caypur-Acmer avtomobil yolunda baş verib. Zərərçəkənlər yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Toqquşma və güclü yanğın nəticəsində magistralın 300 m hissəsi zədələnib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.