
Hindistanın Racasthan ştatında yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində azı 11 nəfər ölüb.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə Bharatpur şəhərində magistral yolda baş verib. Yol qəzası nəticəsində 15 nəfər yaralanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.