4-10-2022, 00:01 1002

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.

“AVESTA.AZ”un xəbərinə görə, şəhərin erməni işğalçılarından təmizlənməsindən 2 il ötür.

2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.

Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.

2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Həmçinin Prezident İlham Əliyev ötən ilin oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

Dövlət başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Eyni zamanda Prezident 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının və Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib. Bundan əlavə, Dövlət başçısı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub. Sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.

Bu ilin mayın 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Dövlət başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

Paylaş

Xəbər lenti

Alla Puqaçova Türkiyədə konsert verəcək Dünən, 23:48 Sakin 30 ildir məskunlaşdığı evdən çıxarılır: "Hasar çəkiləndən sonra dedilər ki, sizi tanımırıq" Dünən, 23:48 Türkiyənin Gürcüstandakı səfiri XİN-ə çağırılıb Dünən, 23:48 Ukraynaya məxsus gəmi vurulub Dünən, 23:48 Azərbaycanda kişilərin ölüm göstəricisi qadınlardan yüksəkdir: Diqqətçəkən faktlar, səbəblər Dünən, 22:48 Bu ölkədə Eboladan ölənlərin sayı 6 min nəfəri ötüb Dünən, 22:48 Xalq artistinin səhhəti necədir? - Qızı danışdı Dünən, 21:48 Göygöldə minik maşını ağaca çırpılıb, xəsarət alan var Dünən, 21:48 Netanyahu müxalifət liderinə baş nazir postunu növbə ilə tutmağı təklif edib Dünən, 21:48 Ərəb koalisiyasından husilərə çağırış: "Müharibə sabah bitə bilər" Dünən, 21:48 Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 20:48 Azərbaycan və Peru arasında ilk konsulluq məsləhətləşmələri keçirilib Dünən, 20:48 "Qarabağ" və "Şamaxı" növbəti qələbələrini qazandılar Dünən, 20:48 Aqil Məmmədova "polkovnik" ali hərbi rütbəsi verildi Dünən, 20:48 Nəbi İsgəndərov Dünya Kubokunda yarımfinala yüksəlib Dünən, 19:48 Heydər Əliyev prospektində qəza baş verib, yolda sıxlıq yaranıb Dünən, 19:48 "Qaradağ Lökbatan" 18 cavabsız qol vurdu Dünən, 19:48 Məşhur serialların aktyoru küçələrdə yaşayır Dünən, 19:48 Hava ilə bağlı XƏBƏRDARLIQ - Noyabrın 30-dan dekabrın 2-dək... Dünən, 18:48 Gecə içki içən sürücülərə xəbərdarlıq - Səhəri cəzalana bilərsiniz Dünən, 18:48 Leysan yağacaq, bəzi dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ Dünən, 18:48 Azərbaycanlı şoumenin 2,3 milyon aliment borcu var Dünən, 18:48 Bəzi magistral yollarda görünüş məsafəsi azalacaq Dünən, 17:48 Rusiya yanacaq idxalını artırmağı planlaşdırır Dünən, 17:48 Bakı-Tbilisi qatarlarına bilet satışında hansı yeniliklər gözlənilir? Dünən, 17:48 Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb Dünən, 17:48 SEPAH: Hörmüz boğazında daha iki neft tankeri minaya düşüb Dünən, 17:48 Sabahkı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər Dünən, 16:48 Xalq artisti: "Övlada hər zaman nəzarət etməlisən" Dünən, 16:48 Mərkəzi Asiyadan Hind okeanına: Yeni nəqliyyat qovşağına çevrilən region Dünən, 16:48 Mağazalarda "Qara cümə" kampaniyaları: Endirim, yoxsa marketinq hiyləsi? Dünən, 15:48 Taekvondoçularımız Avropa birinciliyində bürünc medal qazanıb Dünən, 15:48 Dünya bazarında qızılın qiyməti 100 dollardan çox artdı Dünən, 14:48 Bakıda gənc oğlan küçədə bıçaqlandı Dünən, 14:48 Dövlət Komissiyası beynəlxalq konfrans iştirakçılarının Qarabağa səfərinə dair videoçarx yayımlayıb Dünən, 14:48 İkinci INMerge İnvestisiya Forumu qlobal investorları Bakıda bir araya gətirib Dünən, 14:48 Siyazəndə su kanalına düşən azyaşlı ilə bağlı açıqlama Dünən, 13:48 Gəncədə köşkdə meyiti tapılan şəxsin kimliyi məlum olub Dünən, 13:48 Zelenski mövcud cəbhə xətti boyunca atəşkəsə razı olduğunu açıqlayıb Dünən, 13:48 İspaniyada növbədənkənar parlament seçkilərində səsvermə başlayıb Dünən, 13:48 Muslera 40 yaşında futbolçu karyerasını başa vurub Dünən, 12:48 "Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir? Dünən, 12:48 Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq Dünən, 12:48 Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib Dünən, 12:48 Qaraçuxur poliklinikasında rentgen cihazı işləmir Dünən, 11:48 Bu rayonda fərdi yaşayış evləri TƏMİR OLUNACAQ - Nazirlik 1 milyon ayırdı Dünən, 11:48 Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub Dünən, 11:48 Məktəbin həyətindəki 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR