
Xəbər verdiyimiz kimi, İsrail Prezidenti İsaak Hersoq ötən gün Türkiyəyə rəsmi səfər edib.
Avesta.az xəbər verir ki, prezident və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarə Ankaranın Esenboğa hava limanına enib.
Lakin İsrail prezidentinin Türkiyəyə gəldiyi təyyarədə diqqət çəkən detallar olub.
Belə ki, İ.Hersoq Türkiyəyə üzərində zeytun budağı əks olunan təyyarə ilə gəlib. Bundan başqa təyyarənin üzərində türk, ivrit və ingilis dillərində “Sülh, əməkdaşlıq, gələcək...” ifadələri yazılıb.
Qeyd edək ki, zeytun budağı sülh və zəfərə işarə edən simvol sayılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.