30-12-2024, 04:29 283

Rusiyanın ən böyük elmi layihələrindən birinin işə salınması sanksiyalar səbəbindən baş tutmayıb

Ukrayna ilə müharibəyə görə sanksiyalar Rusiyanın “Sibir halqa foton mənbəyi” (SKİF) sinxrotronunu istismara verməsinə mane olub. Müəssisə dekabrın 31-də işə salınmalı idi.

“Report” xəbər verir ki, hökumət bunu bir il müddətinə ertələməyi qərara alıb.

Obyektin işə salınmasının təxirə salınması zərurəti barədə əvvəllər Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikov məlumat vermişdi. O, buna sanksiya təzyiqi və xarici tərəfdaşların layihədən çıxmasından sonra Rusiya alimlərinin bəzi sistemləri sıfırdan və xarici avadanlığa çıxış olmadan hazırlamalı olması ilə aydınlıq gətirib.

“2022-ci ildə vəziyyət dəyişdi və biz buna hətta şadıq, çünki bu həm REA SŞ-nin (Rusiya Elmlər Akademiyasının Sibir Şöbəsi – red.) Nüvə Fizikası İnstitutunun mühəndis-tədqiqatçıları, həm də bu məsələnin həllində əməkdaşlığa həvəslə qoşulan Novosibirsk müəssisələri üçün bir çağırış, öz güclərini sınamaq imkanı idi”, – qubernator bildirib. O, idxalı əvəzləmə vəzifəsinin yerinə yetirildiyini və yerli tərtibatçıların “ölkədə ya heç vaxt, ya da azı son 30 ildə istehsal edilməyən şeyləri istehsal etdiklərini” vurğulayıb. Lakin hələlik SKİF-də yalnız xətti sürətləndirici işə salınıb. Travnikovun sözlərinə görə, digər elementlərin quraşdırılmasının tamamlanması, sazlanması və stansiyalarda ilk tədqiqatlar 2025-ci ildə baş tutacaq.

SKİF kollektiv istifadə mərkəzi Novosibirsk yaxınlığındakı Koltsovo elm şəhərciyi yaxınlığında tikilir. Bu, 2018-ci ildə düşünülmüş və Prezident Vladimir Putinin texnoloji sıçrayış edəcəyini və ölkədəki hər ikinci şirkəti innovativ edəcəyini vəd etdiyi “Elm və Universitetlər” milli layihəsinə daxil edilmişdi. SKİF dünyada 3 GeV enerjili ilk sinxrotron şüalanma mənbəyi adlandırılırdı və onun stansiyalarında biopolimerlərin strukturunun deşifrələnməsi, canlı orqanizmlərin öyrənilməsi, irsi məlumatın ötürülməsi mexanizmləri və yeni materialların yaradılması ilə məşğul olmaq planlaşdırılırdı. Obyektin 34 bina və qurğusunun ümumi sahəsi 86,8 min m² təşkil edəcək. 2022-ci ilin yayında layihəyə 47 milyard rubldan çox vəsait ayrılacağı açıqlansa da, SKİF-in işə salınması artıq ikinci dəfə ertələnir. Başlanğıcda onun 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdu.

İyun ayında layihə yalnız 40 % hazır idi. SKİF-in mətbuat xidməti sanksiyaların Qərbdən tədarükü əngəllədiyini etiraf edirdi. Layihə operatoru bildirirdi ki, indi sinxrotronun eksperimental stansiyaları üçün avadanlığın yalnız 5 %-i xaricdən alınır və idxalçılar arasında yalnız “dost” ölkələr – Hindistan və Çin qalıb.

Paylaş

Xəbər lenti

Fəhlə yoldaşını öldürüb hissələrə böldü, qalıqlarını gölə atdı - Bakıdakı qanlı cinayətin şok TƏFƏRRÜATI Bu gün, 21:48 Şəhid atası vəfat etdi Bu gün, 21:48 Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib Bu gün, 21:48 Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT Bu gün, 21:48 "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib Bu gün, 20:48 Bakıda məşhur restoranda biabırçı mənzərə: Fəaliyyəti dayandırıldı Bu gün, 20:48 Ayşən Mehdiyeva: "Buna baxanda ustadlarımdan utanıram" Bu gün, 20:48 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub Bu gün, 20:48 ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb Bu gün, 19:48 Azercell-in eksklüziv tərəfdaşlığı ilə "Bakı Marafonu 2026" uğurla baş tutdu Bu gün, 19:48 Azərbaycanda bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək Bu gün, 19:48 Novxanıda 22 yaşlı gənc qətlə yetirildi - Şübhəli şəxs saxlanıldı Bu gün, 19:48 Bakıda yeni dairəvi yollar tıxaclara son qoyacaq? Bu gün, 19:48 Sürücülərin bal limiti artırıla bilər? Bu gün, 18:48 Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir Bu gün, 18:48 DİN-dən atası və əmisindən şikayət edən 22 yaşlı Nərminlə bağlı AÇIQLAMA Bu gün, 18:48 Bakı-Quba-Rusiya sərhədi ödənişli yolu ilə bağlı AÇIQLAMA Bu gün, 18:48 İcra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişiklik təsdiqlənib Bu gün, 17:48 Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib Bu gün, 17:48 Atasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunub Bu gün, 17:48 Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronun Ermənistandan quru sərhədini keçməsinə icazə vermədi Bu gün, 17:48 Alimlər piylənmə ilə mübarizə üçün yeni hədəf aşkar edib Bu gün, 17:48 Partlayış nəticəsində ölən həkim dəfn olundu: Mərasimdən GÖRÜNTÜLƏR Bu gün, 17:48 İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib Bu gün, 17:48 Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər Bu gün, 16:48 Hörmüzdə fransız gəmisinə hücum: yaralılar var Bu gün, 16:48 Azərbaycanda qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyinə dair yeni Texniki Reqlament təsdiq edilib Bu gün, 16:48 "Aston Villa" Ferran Torresin transferi üzərində işləyir Bu gün, 16:48 Vüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI Bu gün, 16:48 "Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi Bu gün, 16:48 Psixoterapevt: "Həkim pasiyentə qarşı deyil, onun yanındadır" Bu gün, 16:48 Prezident Efiopiya ilə sazişi təsdiqlədi Bu gün, 16:48 İnzibati xəta törətmiş sürücülər haqqında qərarın surəti avtomobilin ön şüşəsinə qoyulmayacaq Bu gün, 16:48 Siyavuş Novruzov: Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur Bu gün, 15:48 Paytaxtda yolun ortasında gəzən at sıxlığa səbəb oldu Bu gün, 15:48 Avropa Şahmat Birliyinin prezidenti "Baku Open 2026"nın təşkilatçılığını yüksək qiymətləndirib Bu gün, 15:48 "Gənclik" parkının yanında  prestijli yaşayış: "Highland Residence"də ipoteka ilə mənzillər-"Kristal" Bu gün, 15:48 Nanə Ağamalıyeva "Xatırla"nı təqdim etdi Bu gün, 15:48 AMB: Dollar əmanətlərinin sığortalanma faizinin dəyişməsində maraqlı deyilik Bu gün, 15:48 Bəzi yerlərə intensiv yağış, Şahdağa qar yağır Bu gün, 15:48 Azərbaycan Belqrad Enerji Forumunda təmsil olunacaq Bu gün, 15:48 Tədrisi digər dillərdə aparılan bölmələrdə 1-ci sinfə qəbul üzrə müsahibəyə qeydiyyat başlayıb Bu gün, 15:48 Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar Bu gün, 15:48 Tehranda ticarət mərkəzində yanğın: 8 nəfər ölüb Bu gün, 15:48 Baş nazir bəzi həkimlərin maaşı ilə bağlı QƏRAR İMZALADI Bu gün, 15:48 Rubl ZƏİFLƏYİR - Ekspertlər xəbərdarlıq etdilər Bu gün, 14:48 Taleh Kazımov: "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür" Bu gün, 14:48 Qadağa elektron siqaret çəkənlərin sayını azaldıb? - VACİB AÇIQLAMA Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR