
İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva ilə görüş keçirib.
Bu barədə “Report” BMT-nin Azərbaycandakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
"İlin son görüşü: BMT-nin Bakıdakı rezident-əlaqələndiricisi iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Buraya BMT-nin Dayanıqlı İnkişaf üzrə yeni Əməkdaşlıq Çərçivə Proqramının (2026-2030) hazırlanması barədə müzakirələr daxildir. Bu yeni proqram Azərbaycan xalqı üçün daha ekoloji və dayanıqlı gələcəyin təmin edilməsinə yönəlmiş səylərin birləşdirilməsinin təməli olacaq”, - paylaşımda qeyd edilib.
The final meeting of the year- the Resident Coordinator, , met with the with the Minister of Economy, to discuss the preparation of the new UN Sustainable Development Cooperation Framework (2026-2030).
— UN in Azerbaijan (@UNinAzerbaijan)
As we approach the "last mile to…
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.