
Meksikanın Çiapas ştatında 31 nəfərin meyitinin olduğu qəbirlər aşkarlanıb.
“AVESTA.AZ” xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onları cinayətkar kartellərə qarşı əməliyyat zamanı aşkar ediblər.
Ştatda ümumilikdə 25 qəbir aşkarlanıb.
Məlumata görə, meyitlərdən 29-u kişilərə, ikisi isə qadınlara məxsusdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.