
İspaniyanın "Atletiko" (Madrid) klubu Antuan Qrizmanın birdəfəlik transferi üçün "Barselona" ilə razılığa gəlib.
"AVESTA.AZ" "Mas Atletico" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 31 yaşlı hücumçu üçün qarşı tərəfə 20 milyon avro ödəcəyək.
Fransalı oyunçu cari mövsüm "Atletiko"nun heyətində 10 oyuna çıxıb və 3 qola imza atıb.
Qeyd edək ki, 2021-ci ildən icarə əsasında paytaxt klubunda çıxış edən Antuan Qrizman 2019-cu ildən məhz bu komandadan "Barselona"ya keçib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.