
Kanadanın Nyufaundlend və Labrador əyalətlərində tufan səbəbindən 8 mindən çox evi və digər obyektlər işıqsız qalıb.
“Report” xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Kanada Milli Hava Bürosunun məlumatına görə, küləyin sürəti bəzi yerlərdə 28 m/s-ə çatıb.
Pis hava şəraiti leysan yağışlarla da müşayiət olunur. Ölən və yaralananlar barədə məlumat verilmir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.