
Kanadanın şərqindəki Kvebek əyalətində tüğyan edən qasırğalar səbəbindən 180 mindən çox istehlakçı elektrik enerjisi əldə etməkdən məhrum olaraq işıqsız qalıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə yerli “Hydro-Quebec” enerji şəbəkəsi şirkətinin açıqlamasında deyilir.
Kanada Milli Meteorologiya Bürosunun məlumatına görə, cümə axşamına keçən gecə küləyin sürəti regionun bəzi yerlərində 28 metr/saniyəyə çatıb. Əlverişsiz hava şəraiti əsasən Monreal və şəhərətrafı ərazilərə ziyan vurub.
Hazırda elektrik şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması ilə 940-a yaxın texniki mütəxəssis məşğul olur. Bölgədə elektrik enerjisinin verilməməsi səbəbindən bəzi məktəblər bağlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.