8-01-2025, 15:23 344

Azərbaycan gəmilərinin Eritreyada saxlanılmasının detalları məlum olub

"Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı gəmilərinin Eritreyanın ərazi sularında saxlanılmasına münasibət bildirib.

Filialdan "Report"a verilən açıqlamada deyilir ki, “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri sahibkarlıq fəaliyyəti çərçivəsində Əbu-Dabi limanına yola düşüb və müəyyən edilmiş marşrut üzrə səfərin Süveyş kanalından keçməklə həyata keçirilməsi nəzərdə tutulub.

"Gəmilərin riskli piratlıq qaynar nöqtələrdən keçməsi nəzərdə tutulduğu üçün təhlükəsizliyin təmin edilməsinə ehtiyac yaranıb, bu məqsədlə gəmilərin mühafizəsini təmin etmək sahəsində ixtisaslaşmış müvafiq şirkət ilə müqavilə bağlanılaraq gəmilərə hər bir gəmiyə 2 nəfər olmaqla hərbiləşdirilmiş mühafizə qrupları ilə təmin edilib.

Noyabrın 7-də gəmilər Eritreyanın dəniz sahil xəttindən keçərkən hava şəraiti səbəbindən Eritreyanın ərazi sularına girməklə hərəkəti davam etdirmək qərarı verilib və gəmi kapitanları ərazi sularına daxil olmaqla bağlı məlumatın çatdırılması üçün Eritreyanın təhlükəsizlik və sahil mühafizəsi qurumları ilə VHF-16 beynəlxalq kanalı vasitəsilə əlaqə saxlanılmasına çalışıb, lakin cavab almayıb.

Noyabrın 7-si yerli vaxtla saat 10:06-da gəmidən əldə edilmiş hesabata əsasən, hər üç gəmini 13°23'N, 042°39'E koordinatlarında Eritreya hərbi donanması xidmətinin saxladığı məlum olub. Belə ki, xidmətin tələblərinə uyğun olaraq gəmilər hərəkət kursunu dəyişərək hərbi donanmanın təyin etdiyi məntəqəyə gəlib və lövbərə dayandıqdan sonra hərbi donanmanın nümayəndələrinin yoxlama prosesinə cəlb ediliblər", - açıqlamada deyilir.

Sözügedən gəmilərdə 18 Azərbaycan vətəndaşı və 6 əcnəbi vətəndaş olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.

Qeyd olunan məsələ ilə əlaqədar kapitanlardan məlumat daxil olan kimi şirkət elə həmin gün, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinə rəsmi qaydada müraciət edib. Daha sonra isə Xarici İşlər Nazirliyinə müvafiq qaydada müraciətlər olunub və məsələnin həlli ilə əlaqədar adı çəkilən qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində bütün işlər görülüb.

Eyni zamanda gəmilərin sığortalanmasını həyata keçirən sığorta şirkətinin səlahiyyətləri nümayəndələrinə və Böyük Britaniyanın müvafiq hüquq şirkətlərinə də müvafiq müraciətlər edilib və məsələnin həllinin tezləşdirilməsi üçün adı çəkilən təşkilatlar da əməkdaşlığa cəlb olunub.

Paylaş

Xəbər lenti

FIFA-dan geri addım: "Neftçi"nin transfer qadağası ləğv edildi Bu gün, 23:48 Gəncə şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb Bu gün, 23:48 Tokayev Moskvaya işgüzar səfər edib Bu gün, 23:48 Ağsu dolaylarında qorxulu anlar: Yol çökdü, hərəkət məhdudlaşdırıldı Bu gün, 23:48 AFFA 2026/2027 mövsümü üçün lisenziya verdiyi klubların siyahısını açıqladı Bu gün, 23:48 "Sabah" öz meydanında "Kəpəz"ə məğlub oldu Bu gün, 22:48 Bakı kəndlərində yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 22:48 "Haber Global" "SAHA 2026" hərbi sərgisindəki Azərbaycan stendindən reportaj hazırladı Bu gün, 22:48 Brilliant Dadaşova: "Bugünkü vəziyyəti bilsəydim, müğənni olmazdım" Bu gün, 22:48 Bakının mərkəzində iki küçə bağlanacaq - XƏBƏRDARLIQ Bu gün, 21:48 Bu dəfə imtahanda ən çox bal yığan onlar oldu - FOTOLAR Bu gün, 21:48 Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - Bu tarixdən... Bu gün, 21:48 DTX-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib Bu gün, 21:48 Nadir Qafarzadə: "İnstaqramdansa TikTok təmizlənsin" Bu gün, 21:48 Kinematoqrafçılar İttifaqına yeni sədrin seçiləcəyi TARİX MƏLUM OLDU Bu gün, 20:48 Valverde və Çuameni barışdı: "Real Madrid"dən sərt qərar Bu gün, 20:48 Masazırda narkotik satanlar ƏLƏ KEÇDİ Bu gün, 20:48 Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib Bu gün, 19:48 Parisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? Bu gün, 19:48 Hakan Fidan və Abbas Əraqçi regiondakı prosesləri müzakirə ediblər Bu gün, 19:48 Şəhid xanımına leytenant rütbəsi təqdim olundu Bu gün, 19:48 Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq Bu gün, 19:48 Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib Bu gün, 19:48 SOCAR "Italiana Petroli" şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb Bu gün, 19:48 Ermənistan XİN başçısının Luis Okampo ilə gizli əlaqələri ifşa olunub Bu gün, 19:48 Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: Dairəvi dəmir yolu xəttində 40 dayanacaq olacaq Bu gün, 18:48 "İmişli" klubu 7 qat Türkiyə çempionu "Trabzonspor"u Azərbaycana dəvət edib Bu gün, 18:48 ABF rəsmisi Vaqif Kazımov: "Heydər Əliyev kuboku-2026" turnirinə güclü boksçular qatılmışdı" Bu gün, 18:48 Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq Bu gün, 18:48 Abadlaşan Şuşadan GÖRÜNTÜLƏR Bu gün, 18:48 AQTA məşhur restoranda aparılan yoxlamanın görüntülərini təqdim etdi Bu gün, 18:48 Nazilə Salmanova instituta direktor TƏYİN OLUNDU Bu gün, 18:48 "Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə Bu gün, 18:48 Meksikada məktəblilər yay tətilinə 40 gün tez çıxacaq Bu gün, 17:48 AFFA-dan "Qarabağ"a SƏRT CƏZA Bu gün, 17:48 Azərbaycanda direktor müavini öldü Bu gün, 17:48 Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ Bu gün, 17:48 İqtisadi Şuranın iclasında turizmin inkişafına dair qərarlar qəbul olunub Bu gün, 17:48 Polis kursantlarından Ulu öndərin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob Bu gün, 17:48 Dövlət Xidmətinə rəis müavini təyin olundu Bu gün, 17:48 UNEC-in əməkdaşı 55 yaşında vəfat etdi Bu gün, 17:48 Sevdiyi qızı qaçıran gəncə hökm oxunub Bu gün, 17:48 İranın hücumlarının qarşısı alındı - ABŞ Bu gün, 16:48 Qəbiristanlıqdan tapılan azyaşlı sığınacağa yerləşdirilib Bu gün, 16:48 Zaur Mirzəyev Şuşada yaşayıb-yaratmağın sevincini bölüşdü: "Möhtəşəm əsərlər olacaq" Bu gün, 16:48 Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub Bu gün, 16:48 Əmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR Bu gün, 16:48 Agentlik sədri: "Binalar tikilərkən məsafə, ekoloji, sosial faktorlar nəzərə alınmalıdır" Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR