14-01-2025, 12:48 287

“TAP AG” hidrogen qarışığının TAP ilə nəqli üçün tədqiqatların növbəti mərhələsinə başlayır

Trans-Adriatik qaz kəmərinin (TAP) operatoru olan “TAP AG” boru kəməri şirkəti qaz nəqli sisteminin hidrogen qarışığının tədarükünə hazırlığı ilə bağlı araşdırmaların yeni mərhələsinə başlayıb.

Bu barədə “Report”a şirkətdən məlumat verilib.

"Məqsədimiz hidrogen nəqlinə imkan verən infrastruktur yaratmaqdır. TAP təbii qaz qarışıqlı hidrogen kimi karbon neytral enerji mənbələrini Aİ-yə tədarük etmək potensialına malikdir. Biz orta və uzunmüddətli perspektivdə təbii qaz, hidrogen, həmçinin bərpa olunan qaz qarışıqlarının nəqlinə hazırlıq üçün yol xəritəsini müəyyənləşdirmişik", - “TAP AG”dən bildirilib.

Şirkət xatırladıb ki, 2021-ci ildə aparılan ilkin araşdırma nəticəsində TAP-ın gələcəkdə hidrogen qarışığını nəql etmək qabiliyyəti təsdiqlənib.

"Hazırda biz beynəlxalq laboratoriyada boru kəməri materiallarının sınaqlarını aparırıq. 2024-cü ilin dördüncü rübündə aparılan ilk sınaqların nəticələrinin qiymətləndirilməsi davam edir. Növbəti sınaqlar artıq başlayıb və onların nəticələri 2025-ci ildə gözlənilir. Sınaqlar başa çatdıqdan sonra nəticələr hərtərəfli qiymətləndiriləcək", - şirkətdən bildirilib.

Bundan başqa, “TAP AG” TAP qaz kəmərinin digər avadanlıqlarının, xüsusilə yerüstü qurğuların hidrogen nəqli üçün yararlılığının təhlilinin vacibliyini vurğulayıb.

"Bu nəticələr nəzərə alınmalıdır. Yalnız bu qiymətləndirmələr başa çatdıqdan sonra TAP-ın hidrogen nəqlinə hazırlığını daha dəqiq başa düşmək mümkün olacaq", - şirkətdən bildirilib.

“TAP AG” bu tədqiqatların aparılması üçün enerji sektorunda ixtisaslaşmış beynəlxalq konsaltinq şirkəti olan “Penspen”i cəlb edib.

Müqavilə çərçivəsində “Penspen” şirkətinin mühəndis qrupu “TAP AG”nin yerüstü qurğularının, bağlayıcı klapanlarının və kompressor stansiyalarının hərtərəfli təhlilini həyata keçirəcək. Tədqiqatın məqsədi qaz kəmərinin mövcud infrastrukturunda hidrogen qarışıqlarından istifadənin məqsədəuyğunluğunu müəyyən etməkdir.

Xatıqladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir

İtaliya, Yunanıstan və Bolqarıstana TAP vasitəsilə Azərbaycan qazının tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Paylaş

Xəbər lenti

Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Bu gün, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Bu gün, 16:48 Sülhə doğru növbəti addım Bu gün, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Bu gün, 16:48 Çili diplomatı: "2026-cı il üçün məqsəd - Azərbaycanla ticarət əlaqələrinin inkişafıdır" Bu gün, 16:48 Tanınmış müğənni: "Səhnəyə çıxmasam belə, aylıq gəlirim 200 000-dir" Bu gün, 16:48 Biləsuvarın bu kəndində daxili yollar təmir olunacaq Bu gün, 16:48 Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Bu gün, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Bu gün, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Bu gün, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Bu gün, 15:48 Bu tarixdə Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib Bu gün, 15:48 Lənkəranda tanınmış iş adamı ÖLDÜ Bu gün, 15:48 Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb Bu gün, 14:48 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI Bu gün, 14:48 Lənkəranda WUF13 Festivalı başlayıb Bu gün, 14:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq Bu gün, 14:48 Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür" Bu gün, 14:48 Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ Bu gün, 14:48 Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu Bu gün, 14:48 Azərbaycanın hərbi pilotları yeni silah sistemləri ilə tanış olublar Bu gün, 14:48 Sabah hava yağışlı olacaq? Bu gün, 13:48 Dubayda yaşayış icazəsi almaq asanlaşdı Bu gün, 13:48 Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsi nə vaxt tam hazır olacaq? Bu gün, 13:48 Alyona Əliyeva Buta İncəsənət Mərkəzindən paylaşım edib Bu gün, 13:48 Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki-uçuş təlimi başa çatıb Bu gün, 13:48 Təbii fəlakət qarşısında dövlət qalxanı Bu gün, 13:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib Bu gün, 13:48 FHN əməkdaşı iş başında öldü Bu gün, 13:48 Bakıdan Təl-Əvivə uçuşlar bu tarixdən bərpa edilir Bu gün, 12:48 Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı Bu gün, 12:48 Bakı-Sumqayıt yolunun 7-ci km-də GÜCLÜ YANĞIN Bu gün, 12:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir Bu gün, 12:48 Hikmət Hacıyev xarici diplomatların Laçına səfərindən video paylaşıb Bu gün, 12:48 62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar Bu gün, 12:48 Bakıda yaddaşını itirmiş qadın axtarılır Bu gün, 12:48 Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb Bu gün, 11:48 Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb Bu gün, 11:48 Şəkidə canavarlar kəndə HÜCUM EDİB: Təsərrüfatlara ciddi ziyan dəyib Bu gün, 11:48 Moldovanın energetika naziri Dorin Junqietu Azərbaycana səfər edəcək Bu gün, 11:48 DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb Bu gün, 11:48 Uzunömürlülər ən çox bu BÜRCDƏN olur Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR