
İspaniyanın "Sevilya" klubu "Marcet" akademiyasına seçilən bir neçə azərbaycanlı futbolçunu izləyir.
"AVESTA.AZ"un məlumatına görə, bunu ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov "Mingəçevir" futbol klubu ilə tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
O, detallar barədə danışmayıb:
"Sirrləri çox açmaq istəmirəm. Ümumiyyətlə, bəzi azərbaycanlı futbolçuların Avropada oynamasını istəyirik".
Rafael Bunyatov İspaniyanın "Barselona" klubuna məxsus olan qapıçı Eldar Tağızadənin icarə əsasında "Tudelano"da çıxış etdiyini xatırladıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.