24-01-2025, 18:14 513

Ukraynalı "kriminal avtoritet" Oleq Krapivinin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"AVESTA.AZ"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər tərcümeyi-hallarını səsləndiriblər.

Konstantin Kuçer deyib ki, 1961-ci ildə anadan olub, Ukrayna vətəndaşıdır. O, Azərbaycan dilini bilmədiyi üçün tərcüməçi ilə təmin olunub.

Oleq Krapivinin isə özünü Azərbaycan dilində təqdim edib. O, Şamaxıda anadan olduğunu, həbs olunana qədər Bilgəh qəsəbəsində yaşadığını deyib.

Proses zamanı məhkəməyə mülki iddia daxil olub. Belə ki, zərərçəkən şirkətlər "Promışlennie Postavki Kazaxstan” MMC təqsirləndirilən Konstantin Kuçerdən 5 milyon 184 min manatdan çox, “Aviazapçast” ASC bir milyon manatdan çox, zərərçəkən Zaxarenkov Valeriy Nikolayeviç isə hər iki şəxsdən 50 min manat pul tələb edib.

Məhkəmə mülki iddianı icraata qəbul edib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistanda sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə edib.

Hər iki şəxs özlərini təqsirli hesab etməyib.

Prosesdə Konstantin Kuçer ifadə verib. O bildirib ki, dostlarından biri ona zəng edərək iş gördüyü adamların onunla görüşmək istədiyini deyib:

"Daha sonra Oleq Krapivinin zəng edib dedi ki, qonaqlar aşağıdadır. Sonra qonaqlarla birgə ofisə qalxaraq onlara yüksək səviyyədə qulluq göstərdim. Bir müddət söhbət etdik. Bu zaman Zaxarenko vəsaitlərlə bağlı tələblərə başladı. Mən də dedim ki, həmin vəsaitlər ləğv olunan Günay Bankdadır. 5-6 dəqiqədən sonra Oleq Karpvin gəldi. Mən soruşdum ki, digər qonaqlar haradadır. Biz çay içdik, normal söhbət etdik. Oleq Krapivinin dedi ki, istədiyiniz vaxt gəlin, zəng edin. Hətta Moskvaya qayıtdıqdan sonra onlar Oleq Krapivininə zəng edib qonaqpərvərlikləri barədə təşəkkür ediblər. Mənə çox qəribə gəldi ki, bu görüşü niyə vasitəçi ilə təşkil ediblər".

Onun sözlərinə görə, Ukrayna müharibəsi başlayanda mülki hava gəmilərinin ehtiyat hissələrinin çatdırılmasında çətinlik yaranıb:

"Elə bilirdilər ki, bu ehtiyat hissələri Rusiyaya göndərilir. Lakin bunlar mülki aviasiyaya aid avadanlıq idi. Mən onlara qarşı dələduzluq etsəydim, müharibədən əvvəl müqavilə bağlayıb, malları göndərməzdim".

Prosesdə Oleq Krapavin deyib ki, bu məsələlərdə onun günahı yoxdur:

"Zərərçəkən tərəf iddia edir ki, mən onu vurmuşam, lakin sübut yoxdur. Mənə dedilər ki, Konstantin Kuçeri tanıyırsan. Onlar Konstantinlə mənim vasitəmlə görüşmək istəyirdi. Mən onların arasında olan məsələni bilmirdim. Kuçerə dedim ki, qonaqların gəlir. Qarşıladıq, bir yerdə görüşdük. Aralarında söhbət oldu, Konstantin Kuçer dedi ki, pul məndə deyil. Daha sonra qonaqlar acıq edib getdilər. Altı aydır ki, həbsdəyəm, xuliqanlıq etmişəmsə, cəzasını da çəkmişəm. Xahiş edirəm, məni azadlığa buraxsınlar. Mən 500 min azərbaycanlının diaspor rəhbəriyəm".

Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin olunub.

Qeyd edək ki, Oleq Krapivininə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş

Xəbər lenti

Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb Bu gün, 22:48 Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb Bu gün, 22:48 Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər Bu gün, 22:48 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib Bu gün, 22:48 Yaponiyalı qadın 4 ildir evində ruhla yaşadığını deyir: Kirayə haqqı da ucuzdur Bu gün, 22:48 Türkiyənin Respublika Günü Bakıda qeyd olundu - "Haber Global"ın süjeti Bu gün, 22:48 TƏBİB: Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb Bu gün, 21:48 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü Bu gün, 21:48 Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb Bu gün, 21:48 Kirayə mənzillərdə YENİ ŞƏRTLƏR - Mənzil almaq çətinləşdi, yoxsa asanlaşdı? Bu gün, 21:48 İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb Bu gün, 21:48 İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub Bu gün, 21:48 Sabah Xətai və Suraxanı rayonlarının bəzi küçələrində qaz olmayacaq Bu gün, 20:48 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı Bu gün, 20:48 MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır Bu gün, 20:48 SEPAH: Hörmüzdə vurulan ABŞ dronlarının sayı 68-ə çatıb Bu gün, 20:48 Ərdoğan Mirziyoyevlə görüşdə TDT-nin güclənəcəyini bildirib Bu gün, 19:48 Zaur Rzayev vəfat etdi Bu gün, 19:48 Könül Əliyeva "Böyük Dəbilqə" yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın olub Bu gün, 19:48 Kəsəmən - Göyçənin qədim Azərbaycan yurdlarından biri Bu gün, 19:48 Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək Bu gün, 19:48 "Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Balabəy Ağayev qızıl medal qazanıb Bu gün, 19:48 Hökumətin xəbərdarlığından sonra əhali marketlərə axışdı: İngiltərə fövqəladə vəziyyətə hazırlaşır Bu gün, 19:48 AQTA: Ceyranbatanda məktəbdə qida zəhərlənməsi faktı təsdiqini tapmayıb Bu gün, 19:48 İrəvan TRIPP üzrə sazişi təsdiqlədi: Marşrut işə düşsə, keçid necə tənzimlənəcək? Bu gün, 18:48 "İstirahətə gedirik" deyən ər-arvadın avtomobilindən 36 milyon tapıldı Bu gün, 18:48 "Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb Bu gün, 18:48 Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu Bu gün, 18:48 Daha bir rayonda yollar əsaslı TƏMİR EDİLƏCƏK Bu gün, 18:48 Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub Bu gün, 18:48 Azərbaycandan göndərilən 1,5 milyon dollarlıq enerji avadanlığı Ukraynaya təhvil verilib Bu gün, 17:48 Qan qrupları ilə zəka arasında əlaqə olduğu iddia edilir Bu gün, 17:48 Xocalıda üç nəfər cərimələnib - SƏBƏB Bu gün, 17:48 Baba Vəziroğlu: "Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" Bu gün, 17:48 Vüsalə Əlizadə: "Əlinə taxta parçası alan toy aparıcısı olur" Bu gün, 17:48 Paşinyan hakimiyyətin hansı halda istefaya gedəcəyini açıqladı Bu gün, 17:48 Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir Bu gün, 17:48 ABŞ-nin ştatında saqqız satışına qadağa qoyula bilər Bu gün, 17:48 İlham Əliyev İspaniya Kralına başsağlığı verib Bu gün, 17:48 Xalq artisti ilə quda olan Əməkdar artist: "Qızıma deyirəm ki, döz..." Bu gün, 17:48 Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" Bu gün, 16:48 Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq Bu gün, 16:48 Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? Bu gün, 16:48 Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!" Bu gün, 16:48 Azərbaycanda 9 ayda 146 cinayətkar qrup zərərsizləşdirilib Bu gün, 16:48 Antalyada güclü leysan yağışları selə səbəb oldu Bu gün, 16:48 Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib Bu gün, 16:48 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR