
Ukrayna müharibəsində Rusiya qoşunlarının tərkibində döyüşən erməniəsilli komandir Xaçatur Matevosyan məhv edilib.
“AVESTA.AZ” xəbər verir ki, bunu “senzor.net” saytının baş redaktoru, hərbi ekspert Yuri Butusov feysbukda yazıb.
O bildirib ki, hadisə sentyabrın 30-da Xarkov vilayətinin Kupyansk rayonunda baş verib.
X.Matevosyan Rusiya Silahlı Qüvvələrinin 200-cü motoatıcı briqadasının snayper rotasının komandiri olub. Ukrayna ordusunun 92-ci mexanikləşdirilmiş briqadası onunla yanaşı, daha 4 snayperi zərərsizləşdirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.