9-10-2022, 10:00 610

Xüsusi təyinatlıların Hadrut əməliyyatı:

"Bizim qrup 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarına Murovdağ istiqamətindən başladı. Oradakı postlarda düşməni məhv etdikdən sonra növbəti tapşırıq Hadrutun azad edilməsi oldu".

Bunu "Report"un Xocavənd rayonunun Hadrut qəsəbəsinə ezam olunmuş əməkdaşına açıqlamasında Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş hərbi qulluqçusu, Vətən qazisi Elçin Fətullayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Hadrut istiqamətinə daxil olanda ermənilərin bütün canlı qüvvəsi qəsəbənin içərisində və ətrafdakı dağlarda cəmləşmişdi: "Ermənilər üçün Hadrut strateji cəhətdən Şuşa qədər böyük əhəmiyyət daşıyırdı. Burada düşmənin böyük hərbi hissəsi yerləşirdi. Onlar təkcə 300-dən çox heyətini dağlarda yerləşdirmişdilər. Eyni zamanda, qəsəbə ərazisində də xeyli sayda canlı qüvvələri vardı. Düşmənin ciddi müqavimətinə baxmayaraq, qəsəbəyə daxil ola bildik. Çünki komandirimiz qarşımıza tapşırıq qoymuşdu ki, nəyin bahasına olursa-olsun Hadrut azad edilməlidir".

Elçin Fətullayev
Elçin Fətullayev

XTQ qazisi bildirib ki, Hadrut qəsəbəsində baş vermiş döyüşlər daha şiddətli olub: "Hərb tarixində şəhər və qəsəbə döyüşləri daha ağır döyüşlər sayılır. Düşmən bizə çox ciddi müqavimət göstərirdi, geri çəkilmək istəmirdi. Ancaq Azərbaycan Ordusunun aşa bilməyəcəyi maneə yoxdur. Qəsəbənin girişində ermənilərin 60-a yaxın canlı qüvvəsini məhv etdik. Onlar bizi bu dərəcədə güclü təsəvvür etmirdilər. Düşmən qarşımızda tab gətirə bilməyib yenidən yüksəkliklərə qaçmağa məcbur oldu".

Azərbaycan Ordusu bu döyüşlərdə də ermənilərin xeyli sayda döyüş texnikası və silah-sursatını ələ keçirib.

"Oktyabrın 9-da Hadrut qələbəsini düşməndən təmizlədik və üç rəngli şanlı bayrağımızı burada ucaltdıq. Biz bununla qürur duyduq. Ermənilər bunu həzm edə bilmədilər və qaçıb gizləndikləri yüksəkliklərdən bizi minaatanlardan atəşə tutmağa başladılar. Lakin imkan vermədik ki, bayrağımız endirilsin. Təbii ki, döyüşlərdə şəhidlərimiz də oldu. Hadrut istiqamətində gizirlərimiz - Rəşad Babayev, Fikrət Zeynalov və Xəyal Şəkərov şəhidlik zirvəsinə ucaldılar. Kiçik gizirlərimiz - Sənan Məmmədov və Kamran Əliyev qəhrəmanlıq göstərdilər və onlar yaralandılar", - Vətən müharibəsinin veteranı vurğulayıb.

XTQ-nın keçmiş hərbi qulluqçusu deyib ki, bizim digər qrupumuz düşmənin Xocavəndin mərkəzindən Hadruta gələn köməyin qarşısını almaq üçün yolun üzərində yerləşdirilmişdi: "Həmin qrupumuz düşmənin 150-yə yaxın şəxsi heyətini məhv etmişdi. Daha sonra biz ermənilərin 022 saylı XTQ-si ilə qarşılaşdıq. Çox ağır döyüşlər getdi. Lakin onları silahı yerə atıb qaçmağa məcbur etdik. Təəssüf ki, burda da gizir Mədət Xankişiyev şəhidlik zirvəsinə yüksəldi. Düşmənin digər yüksəklikdə radiolokasiya bölməsi var idi. Biz 25 hərbçi ilə onları məhv etdik.

Sonda onu demək istəyirəm ki, torpaq su ilə yoğrulanda palçıq, qanla yoğrulanda Vətən olur. İşğal altındakı torpaqlarımız neçə-neçə igidin qanı hesabına azad edildi. Bir daha yağı düşmənin torpaqlarımıza ayaq basmasına imkan verməməliyik. Biz canımızı, qanımızı verdik ki, övladlarımız xoşbəxt və firavan yaşasın. Təki Vətən sağ olsun!"

Xatırladaq ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə E.Fətullayev "Vətən uğrunda", "Şücaətə görə", "Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Paylaş

Xəbər lenti

"Unutmayacağımız dostluq jestidir" - İtaliyadan Azərbaycana təşəkkür Bu gün, 14:48 Sabahdan Bakının 2 rayonunda SU KƏSİLƏCƏK Bu gün, 14:48 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar Bu gün, 14:48 Lamin Yamal "Sabah"la oyunu buraxacaq Bu gün, 14:48 Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması haqqında dəyişiklik təsdiqlənib Bu gün, 14:48 Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddəti azaldılıb Bu gün, 14:48 Prezident ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı dəyişikliyi imzalayıb Bu gün, 14:48 Bakının bu rayonlarında mənzillər 20 faizdən çox bahalaşıb - SİYAHI Bu gün, 14:48 Nərimanovda açıq lyuk təhlükəsi - Gecə ərazidən keçmək risklidir Bu gün, 14:48 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi Bu gün, 13:48 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib Bu gün, 13:48 Qurban Qurbanov baş məşqçi karyerasında 900-cü oyuna çıxıb Bu gün, 13:48 Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı Bu gün, 13:48 Yüksək təzyiqi olanlar səhər yeməyini nə vaxt yeməlidir? Bu gün, 13:48 Ötən həftə 470 hektar ərazi minalardan təmizlənib Bu gün, 13:48 Antonio Tayani: Azərbaycanla müdafiə və enerji sektorlarında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur Bu gün, 13:48 Ukraynada dağıntılar altından 14 saat sonra 7 yaşlı uşaq sağ çıxarıldı Bu gün, 13:48 Bəzi yerlərdə yağış intensivləşib, qar yağıb - Faktiki hava Bu gün, 13:48 Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi Bu gün, 12:48 Bakının bu qəsəbələrində yollar TƏMİR EDİLƏCƏK Bu gün, 12:48 Mikayıl Cabbarov: "Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər" Bu gün, 12:48 Məktəbin həyətində yaranmış kanalizasiya problemi aradan qaldırıldı Bu gün, 12:48 "PAŞA Bank" COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib Bu gün, 12:48 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? Bu gün, 12:48 İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib Bu gün, 12:48 Azərbaycanda elektriklə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 12:48 İlham Zəkiyev: "Misir Qran-prisində əsas məqsədim reytinq xallarını artırmaq idi" Bu gün, 12:48 Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir Bu gün, 11:48 Ermənistanda yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub Bu gün, 11:48 Dövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT Bu gün, 11:48 Bloger sükan arxasında canlı açıb, qayda pozdu - DYP hərəkətə keçdi Bu gün, 11:48 Ələtdə yeni hava limanının açılacağı tarix bilindi Bu gün, 11:48 Bakıda kişi hoteldə ölüb Bu gün, 11:48 Dahi bəstəkar Üzeyir Hacıbəyovun vəfatından 78 il ötür Bu gün, 11:48 Erməni əsirliyindən qaçan qazi vəfat etdi Bu gün, 11:48 Mikayıl Cabbarov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır" Bu gün, 11:48 Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü Bu gün, 11:48 Bakıda tıxacları azaltmağın ən real yolu açıqlandı Bu gün, 10:48 Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 10:48 "Şöhrət" ordeni ilə təltif edilən Asif Əsgərov kimdir? Bu gün, 10:48 İstanbul küçələrində şir peyda oldu - "Qalatasaray"ın futbolçusu da axtarışlara qoşulub Bu gün, 10:48 Gələn ildən yeni əməkhaqqı sistemi tətbiq edilə bilər Bu gün, 10:48 Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb Bu gün, 10:48 Alicənab oğlan, sakit vida: Emin Mahmudovun tarixə çevrilən hekayəsi Bu gün, 09:48 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? Bu gün, 09:48 Həbsdəki qohumunun arvadına 42 dəfə zəng edən şəxsi öldürdü Bu gün, 09:48 Müsialanın gələcəyi ilə bağlı qalmaqal böyüyür - Matteusdan çağırış Bu gün, 09:48 Həyat yoldaşının ölümünə səbəb olan sürücüyə hökm oxundu - Təfərrüat Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR