
Avstriyanın hazırkı dövlət başçısı Aleksandr Van der Bellen prezident seçkilərində 54,6% səs toplayıb və ilk turda qalib gəlmək şansı var.
"Report" xəbər verir ki, bu barədə ORF telekanalı seçki bülletenlərinin emalının ilk nəticələrinə istinadən məlumat yayıb.
Van der Bellen 50%-dən çox səs toplasa, ilk turda qalib gələcək.
Onu sağçı Avstriya Azadlıq Partiyasının namizədi Valter Rosenkranz (18,9%) və müstəqil namizəd Tassilo Valentin (8,5%) izləyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.