
Ukrayna Ali Radası ölkə ərazisində hərbi vəziyyət rejiminin və ümumi səfərbərliyin avqustun 2-dən oktyabrın 31-nə qədər uzadılmasını təsdiqləyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatında parlament iclasının canlı yayımına istinadən məlumat yayılıb.
Qeyd olunan qərarın lehinə 313 deputat səs verib.
İki nəfər qərarın əleyhinə çıxıb, daha 21 parlament üzvü isə səsvermə prosesinə qatılmayıb.
Qeyd edək ki, iyulun 13-də Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət rejiminin və ümumi səfərbərliyin müddətinin 90 gün artırılmasını nəzərdə tutan iki qanun layihəsini Ali Radaya təqdim etmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.