
Azərbaycanda biznes fəaliyyətinin stimullaşdırılması, dövlət müəssisələrinin səmərəli idarə olunması, dövlət-özəl tərəfdaşlığı barədə müzakirələr aparılıb.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O, qeyd edib ki, müzakirələr bu gün Bakıda keçirilmiş “LEGIS” Hüquq forumunda baş tutub.
"Forum qanunvericiliyin təkmilləşdirilməsi sahəsində təkliflərin dəyərləndirilməsi və məlumat mübadiləsi üçün əhəmiyyətli platforma olub. Təşkilatçılıq və dəvət üçün “PAŞA Holdinq”ə təşəkkür edirik”,- deyə nazir vurğulayıb.
Həmkarlarla birlikdə LEGIS Hüquq Forumunda iştirak etdik. fəaliyyətinin stimullaşdırılması, dövlət müəssisələrinin səmərəli idarə olunması, dövlət-özəl tərəfdaşlığı barədə fikirlərimizi bölüşdük.
— Mikayil Jabbarov (@MikayilJabbarov)
Forum qanunvericiliyin təkmilləşdirilməsi sahəsində təkliflərin…
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.