
Türkiyə xarici işlər naziri Hakan Fidan Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər Suriyanın bərpası barədə danışıblar.
Onlar həmçinin ölkədə davam edən hökumətin qurulması məsələsi, həmçinin İŞİD, PKK, YPG terror təşkilatlarına qarşı mübarizə barədə müzakirə aparıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.