
Bakıda "Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri" mövzusunda beynəlxalq konfrans keçirilib.
"AVESTA.AZ" xəbər verir ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində təşkil edilən tədbirdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Beynəlxalq Osmanlı Tədqiqatları Komitəsinin İdarə Heyətinin üzvü, Türk dünyasının alimi İlbər Ortaylı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi çıxış ediblər.
Beynəlxalq konfransda "Müstəqilliyə aparan yol: Türk dünyası və Azərbaycan münasibətləri kontekstində", "Qərbi azərbaycanlıların zorla çıxarılması və Ermənistan dövlətinin strateji məqsədləri" və "Azərbaycanlıların milli mənsubiyyət hüququnun tanınması tarixi: milli kimlikdən konstitusion hüquqa" mövzusunda məruzələr edilib, mövzular ətrafında müzakirələr aparılıb.
Konfransdan sonra İlber Ortaylının iştirakı ilə Dövlət İdarəçilik Akademiyasının tələbələri üçün xüsusi seminar təşkil edilib.
Foto: Məhəmməd Ağayev
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.