18-02-2025, 19:56 864

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

Azərbaycanın Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda "Hərbi əməliyyatların hüquqi aspektləri" mövzusunda kurs keçirilir.

Bu barədə "AVESTA.AZ"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirin açılışında çıxış edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə general-mayoru Elçin Əliyev Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür tədbirlərin əhəmiyyətindən danışaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun son illər ərzində apardığı əməliyyatlar zamanı beynəlxalq hüququn bütün norma və prinsiplərinin qorunduğunu xüsusi qeyd edib.

General-mayor E.Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinə Beynəlxalq Humanitar Hüququn (Silahlı Münaqişələr Hüququnun) müddəalarının çatdırılması və əməl edilməsinə nəzarətin qarşıda duran prioritet vəzifələrdən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, NATO-nun mobil təlim qrupunun təlimatçıları tərəfindən keçirilən kursun əsas məqsədi Silahlı Münaqişələr Hüququnun yaranması və prinsipləri, güc tətbiq etmək üçün hüquqi çərçivə sənədi, sülhə dəstək əməliyyatlarının hüquqi aspektləri, əməliyyatlarda hədəf almanın hüquqi aspektləri, mülki əhalinin müdafiəsi, mədəni sərvətlərin qorunması, rəhbər heyətin məsuliyyəti, NATO missiyalarında qüvvələrin statusu və imtiyazları, həmçinin sülhməramlı əməliyyatlar zamanı beynəlxalq müqavilələr mövzularında təcrübələrin aşılanmasıdır.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təşkil edilən kursda NATO-da beynəlxalq humanitar hüququn normaları və Silahlı Münaqişə Hüququ üzrə nəzəri biliklərin, o cümlədən xidməti fəaliyyətlər zamanı tətbiqi imkanlarının aşılanması ilə bağlı müxtəlif mövzular tədris ediləcək.

Yekunda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinqlər təqdim olunacaq, kursun iştirakçılarına sertifikatlar veriləcək.

Paylaş

Xəbər lenti

Çexiya Bakıda tramvay xətlərinin çəkilişində iştirak etmək istəyir Bu gün, 11:48 İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub Bu gün, 11:48 14 yaşlı qız faciəvi şəkildə öldü Bu gün, 11:48 Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra vəzifəli şəxslər cəzalandırılıb Bu gün, 11:48 Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib Bu gün, 11:48 AFFA-nın yeni layihələri ictimaiyyətə təqdim olunub Bu gün, 11:48 Bu rayonun küçə və prospektləri TƏMİR OLUNACAQ Bu gün, 11:48 İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 11:48 Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib Bu gün, 11:48 Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır Bu gün, 11:48 iPhone-da mobil internet sərfiyyatını azaltmağın yolu açıqlanıb Bu gün, 11:48 Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər Bu gün, 11:48 ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək Bu gün, 10:48 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü Bu gün, 10:48 Biləcəri-Yalama dəmir yolunu elektrikləşdirmək 450 milyon dollara başa gələcək Bu gün, 10:48 Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub Bu gün, 10:48 Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda... Bu gün, 10:48 İşçilərinin soyuqda işə gəlməsinə ürəyi dözməyən müdir onlara BMW bağışladı Bu gün, 10:48 Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı Bu gün, 10:48 Böyük Vətən müharibəsindən səhnəyə uzanan yol: Tanınmış sovet aktyorunun həyat hekayəsi Bu gün, 09:48 Zülfiyyə Xanbabayeva: "Qızım məktəbdə oxuyanda da şagirdlərin formalarının eyni olmasını istəyirdim" Bu gün, 09:48 Bu gün "44" bədii filminin təqdimatı baş tutacaq Bu gün, 09:48 Bakıdakı dəbdəbəli toya Alessandro Safina, Murat Boz gəldi Bu gün, 09:48 Bərdədə avtomobil 71 yaşlı qadını vuraraq öldürüb Bu gün, 09:48 Dələduzluqda təqsirləndirilən sahibkar həbs edildi Bu gün, 09:48 Gəncədə 36 yaşlı kişi bıçaqlanaraq öldürüldü, daha bir nəfər xəsarət aldı Bu gün, 08:48 Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? Bu gün, 08:48 Səudiyyə Ərəbistanı və İranın XİN rəhbərləri regional gərginliyi müzakirə ediblər Bu gün, 08:48 "Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı Bu gün, 08:48 Hər şeyi sirr saxlayan bürclər açıqlanıb Bu gün, 00:48 Ajda Pekkan bu geyimdə yallı getdi Dünən, 23:48 Meyvə, yoxsa meyvə qurusu: Hansı daha faydalıdır? Dünən, 23:48 Payızda turistlərin ən çox getdiyi ŞƏHƏRLƏR Dünən, 23:48 Kremldən Putin və Trampın gizli danışığı ilə bağlı zarafat Dünən, 22:48 Çağatay Ulusoy ata yurdunda - ailəsi ilə FOTOSU Dünən, 22:48 Avropa İttifaqı Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirə bilər Dünən, 22:48 İran ABŞ-nin BƏƏ və Hörmüz boğazı ətrafındakı obyektlərini hədəfə ala biləcəyini açıqlayıb Dünən, 21:48 Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb Dünən, 21:48 Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib Dünən, 21:48 İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? Dünən, 20:48 Zelenski seçki keçirməyə razıdır: 60 günlük atəşkəs şərti qoydu Dünən, 20:48 Roma Papası ağciyərindəki törəməyə görə əməliyyat olunacaq Dünən, 20:48 Tramp Rusiya və Ukraynanın enerji atəşkəsinə razılaşdığını açıqlayıb Dünən, 20:48 Premyer Liqa: "Qarabağ" "İmişli"yə qalib gəlib Dünən, 19:48 Qırmızı dənizdə miqrantları daşıyan gəmi batıb: 109 nəfər ölüb Dünən, 19:48 Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı Dünən, 19:48 Avtomobil yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ Dünən, 19:48 Ferstappen Sinqapur Qran-prisinin qalibi olub Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR