2-03-2025, 13:48 447

Tələbə kartları ictimai nəqliyyatda da keçərli olacaq?

Bir müddət əvvəl "TələbəPlus" kartı müəyyən güzəşt və imtiyazlarla tələbələrin istifadəsinə verildi. Lakin tələbələrin bir qismi bu kartların onları qane etmədiyini bildirir, adi debet kartdan fərqlənmədiyini iddia edir. Onların əksəriyyəti mağaza və restoranlar əvəzinə, ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını istəyirlər.

Məlumat üçün bildirək ki, bu kartın tətbiq olunduğu bir çox ölkələrdə metro, avtobus və qatar biletlərində, velosiped və skuter icarəsində tələbələrə güzəştlər tətbiq edilir.

AVESTA.AZ "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Layihəyə 300-dək yerli və xarici partnyor qoşulub"

"TələbəPlus" layihəsini həyata keçirən Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, layihə ölkə üzrə bütün ali təhsil müəssisələrinin tələbələrinin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır: "Eyni anda bir neçə funksiyanı yerinə yetirən "TələbəPlus" kartı universitetə giriş-çıxış, təqaüd və debet bank kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təklif edir. Layihəyə 300-dək yerli və xarici partnyor qoşulub. Kart sahiblərinə tədris müəssisələri, restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazaları, tibb müəssisələri, əyləncə və s. məkanlarda müəyyən güzəştlər təqdim edilir".

Muzeylərdə güzəştlər nəzərdə tutulub

Qurum rəsmisi bildirir ki, Mədəniyyət Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən, muzey, qalereya və sərgi salonlarında da tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Layihə çərçivəsində, həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycan Nəşriyyatları Assosiasiyası və "Park Bulvar AVM" ilə Əməkdaşlıq Memorandumu imzalanıb.

İctimai nəqliyyatda güzəşt tətbiq olunacaq?

İctimai nəqliyyatda endirim məsələsinə gəldikdə isə, N.Qədirova vurğulayır ki, bu, birbaşa olaraq Təhsilin İnkişafı Fondu, Elm və Təhsil Nazirliyinin səlahiyyətində olan məsələ deyil: "Müvafiq qurumlarla danışıqlar aparılır. Bu məsələ ilə bağlı yenilik olduğu təqdirdə rəsmi açıqlama veriləcək. Təhsilin İnkişafı Fondu "TələbəPlus"a daha çox tərəfdaşın qoşulması üçün öz təşəbbüsü ilə yerli və beynəlxalq şirkətlərlə gündəlik görüşlər həyata keçirir. Tələbələrin istəklərinə uyğun, xüsusilə onların aktiv istifadə etdiyi məkanlar (dəftərxana və kitab, geyim mağazaları, kinoteatr, kafe və restoranlar, təlim və sağlamlıq mərkəzləri) ilə əməkdaşlığa xüsusi önəm verilir. Bu şirkətlərlə yanaşı Fonda müraciət edən digər özəl müəssisələrin də proqrama qoşulmasında heç bir maneə yoxdur. Fond hər seqmentdən olan iaşə müəssisələrinin müraciətlərini qəbul edir. Təhsilin İnkişafı Fondu hər bir dövlət və özəl şirkət ilə bu prosesdə əməkdaşlıq etməyə açıqdır".

190 000 tələbə kartla təmin edilib

Məlumat üçün bildirək ki, əməkdaşlıq müqaviləsi imzalanmış 23 universitetdə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 190 000 tələbə "TələbəPlus" kartı ilə təmin edilib. Qurumdan bildirilir ki, irəliləyən mərhələlərdə texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin, təxminən 70 000 nəfərin də bu layihədən yararlanması nəzərdə tutulur.

İctimai nəqliyyatda keçərlilik olmadığı halda...

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyir ki, "TələbəPlus" kartının tətbiq olunduğu bütün ölkələrdə kartın əsas üstünlüyü onun məhz ictimai nəqliyyatda keçərlilik göstəricisidir: "Tələbə kartları dünyanın bir çox ölkəsində tələbələr üçün xüsusi imtiyazlar və güzəştlər təqdim edən vacib vasitədir. Bu kartlar əsasən tələbələrin ictimai nəqliyyatda, restoranlarda, dükanlarda və digər xidmət sahələrində endirimlərdən faydalanmalarına şərait yaradır. İnkişaf etmiş ölkələrdə vahid tələbə kartları daha çox ictimai nəqliyyat vasitələrindən istifadə zamanı tətbiq olunur. Bu kartlar vasitəsilə tələbələr ictimai nəqliyyatdan bəzi ölkələrdə tam ödənişsiz, bəzilərində isə böyük endirim faizləri ilə istifadə edirlər. Məsələn, Polşa, Macarıstan, Avstriya, İsveçrə, İsveç, Almaniya, Estoniya, ABŞ, Kanada, Yaponiya, İtaliya və s. kimi ölkələrdə oxuyan gənc soydaşlarımızın hamısı bu kartlardan razılığını qeyd edirlər. Ötən il Təhsilin İnkişafı Fondu bu məsələ ilə bağlı yeniliyi ictimaiyyətə çatdırdı. Biz də bunu xüsusi sevinclə qarşıladıq. Hətta bu barədə təhlil və açıqlamalarımızda yalnız pozitiv məqamlara diqqət çəkdik. Amma kartın üstünlükləri həmin kartı tanıyan şirkət, şəbəkə və xidmətlərin kəmiyyət və keyfiyyətindədir. Azərbaycanda ictimai nəqliyyatda keçərlilik olmadığı halda tələbələrimizin "TələbəPlus" kartını sevməsi çox da inandırıcı görünmür".

"Keyfiyyət göstəricilərinin artırılmasına ehtiyac var"

E.Nuri vurğulayır ki, "TələbəPlus" hər bir halda müsbət layihədir: "Bir çox tələbələrin sosial şəbəkələrdə kartla bağlı fikirlərinin tam da müsbət olmadığını görürük. Amma ən azından bu kart tələbə bileti ilə endirim kartını, təqaüd kartını birləşdirən vahid sənəd kimi çox vacibdir. Keyfiyyət göstəricilərinin artırılmasına isə təbii ki, xüsusi ehtiyac var".

Həmsöhbətimiz vurğulayır ki, dünyada tələbə kartları ictimai nəqliyyatda güzəştlər, xidmət sahələrində xüsusi endirimlər, sosial dəstək üzrə qruplaşdırılır: "Bizdə tətbiq olunan tələbə kartlarında xidmət sahələrində endirim aktivdir. Buna görə tərəfdaşlara və təşkilatçılara təşəkkür edirik".

Paylaş

Xəbər lenti

Səidə Şəfiyeva: WUF13-ə hazırlıq mərhələsində media ilə belə intensiv işin aparılması strateji yanaşmadır Bu gün, 21:48 Azercell milli rəqəmsal ekosistemin gücləndirilməsinə strateji töhfəsini davam etdirir Bu gün, 21:48 İsrail və Qazaxıstan ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər Bu gün, 21:48 Prezidentin sosial şəbəkə hesablarında Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb Bu gün, 21:48 Ağız boşluğundakı infeksiyalar ürək xəstəliklərinə səbəb ola bilər Bu gün, 21:48 Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib Bu gün, 21:48 Kostanyan: Ermənistan regionda kommunikasiyaların qurulmasında maraqlıdır Bu gün, 21:48 Prezident: Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk Bu gün, 20:48 Babiş: Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır Bu gün, 20:48 Çexiya Avropa İttifaqı Şurasına dörd məktub göndərib Bu gün, 20:48 Andrey Babiş Çexiyanın müdafiə şirkətləri barədə məlumat verib Bu gün, 20:48 Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq Bu gün, 20:48 Vladislav Plotnikov küçəsində hərəkət birtərəfli təmin ediləcək Bu gün, 20:48 Azərbaycanda "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb Bu gün, 20:48 Yeni qaydalar qiymətləri dəyişə bilər: Maşınlar ucuzlaşacaq? Bu gün, 20:48 Erməni kəşfiyyatçı saxlanıldı Bu gün, 20:48 Narşərab emalı müəssisəsində mənşəyi bilinməyən məhsullar tapıldı Bu gün, 19:48 Bakıda daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Bu gün, 19:48 WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib Bu gün, 19:48 İran Küveytdəki ABŞ bazasını bu yolla vura bilibmiş Bu gün, 19:48 Prezident İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir Bu gün, 19:48 Çexiya və Azərbaycan liderləri işgüzar dairələrə çox aydın mesaj göndərirlər Bu gün, 19:48 İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş sahələrində görüləsi işlər çoxdur Bu gün, 19:48 Azərbaycan Prezidenti: Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq Bu gün, 19:48 Nusret Gökçenin qardaşı həbs edildi Bu gün, 18:48 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı Bu gün, 18:48 Alimlər yeni koronavirus aşkar edib: potensial pandemiya riski qiymətləndirilir Bu gün, 18:48 SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib Bu gün, 18:48 Zabratda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ - Xəsarət alan var Bu gün, 18:48 Əraqçi: Bütün dünya İranın Rusiya kimi müttəfiqlərinin olduğunu görüb Bu gün, 18:48 Faktiki hava: Bakıda və Abşeron yarımadasında küləyin sürəti artıb Bu gün, 18:48 Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib Bu gün, 18:48 Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? Bu gün, 18:48 Çexiya Azərbaycandan ildə 2 milyard kubmetr qaz almağı planlaşdırır Bu gün, 18:48 Yaponiyada 6.2 bal gücündə zəlzələ Bu gün, 17:48 Bu tarixlərdə HAVA PİSLƏŞİR, yağış yağacaq, şimşək çaxacaq... - XƏBƏRDARLIQ Bu gün, 17:48 Andrey Babişin Qəbələ səfəri: Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi - ŞƏRH Bu gün, 17:48 Sabah Balakən və Hacıqabulun bir hissəsi qazsız qalacaq Bu gün, 17:48 İran ABŞ-yə mesaj verdi: "Şərtlərimizi qəbul etməyə məcburdur" Bu gün, 17:48 Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 17:48 Nyu-York merinin başlatdığı "Humanitar problem" adlı siyasi manipulyasiya Bu gün, 17:48 Mars insanlıq üçün "xilas planı" deyil Bu gün, 17:48 Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib Bu gün, 17:48 Mikayıl Cabbarov: "Çexiyanın enerji təhlükəsizliyinə mühüm töhfə veririk" Bu gün, 17:48 Rusiyada neft obyektinə dron hücumunun qarşısı alınıb Bu gün, 16:48 Qəbələdə Prezident İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib Bu gün, 16:48 FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib Bu gün, 16:48 İkonadan ilhamlanıb: Yeni Porsche Cayenne Coupe Electric Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR