
"Neftçi" Misli Premyer Liqasının XXV turunda qarşılaşacağı "Kəpəz"lə oyuna itki ilə çıxacaq.
Klubdan verilən məlumata görə, Andrey Ştoqrin zədə səbəbindən görüşü buraxmalı olacaq.
"Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxan "ağ-qaralar" hazırlıq prosesindən sonra Tovuza yola düşüblər.
Qeyd edək ki, martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək "Kəpəz" – "Neftçi" oyunu saat 17:00-da başlanacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.