
Ziya Bünyadov prospektində qəza baş verib, sıxlıq yaranıb.
Bu barədə AVESTA.AZ-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.