
Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində Perinatal Mərkəzə bir ədəd son model ultrason cihaz və dörd küvəz verilib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov məlumat verib.
O xatırladıb ki, martın 6-da Gəncəyə səfər çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə Perinatal Mərkəzdə olublar:
"Tibb müəssisələri daim dövlətin diqqət mərkəzindədir. Mehriban Əliyevanın martın 6-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzini ziyarət etməsi və göstərilən qayğı da bunun bariznümunəsidir".
İ.İsmayılov həmçinin əlavə edib ki, Perinatal Mərkəzdə 4 şöbə və 80 çarpayı var:
"Yenidoğulmuşlar şöbəsində 14 küvəz var. Tibb müəssisəsi il ərzində 2 500-3 000 pasiyentə tibbi xidmət göstərir. Bunlardan təxminən 30 faizi qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirir".
Qeyd edək ki, Gəncə Perinatal Mərkəz 2008-ci ildə fəaliyyətə başlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.