8-03-2025, 16:48 469

Xalq artisti Tariyel Qasımov müsahibəsi zamanı 8 Martla bağlı maraqlı etiraf edib. 

BAKU.WS Musavat.com-a istinadən həmin müsahibəni təqdim edir. 

- Tariyel bəy, 8 Mart öncəsi əhvalınız necədir?

- Qadın tərəfdən həm qohumlarım, həm də dostlarım çoxdur. Yaxşı xərcim çıxır. Ya qonaqlıq verirəm, ya da pul göndərirəm.

- Bakıya tez-tez gəlib-gedirsiniz?

- Tez-tez gəlib-gedirəm, martın 11-də də Bakıya gələcəyəm. Heydər Əliyev Sarayında keçirilən böyük tədbirdə iştirak edəcəyəm. Həmçinin dövlət televiziyasında qonaq olacağam.

- Bəs teatr və tamaşalar? Onlarsız darıxmırsınız?

- O qədər rollar oynamışam ki, artıq doymuşam, darıxmıram. İncəsənət üçün nə lazımdırsa, etmişəm.

- Ağstafada tək yaşayırsınız?

- Ağstafanın icra başçısı yubileyimdə mənə 6 sot torpaq verdi. Həmin ərazidə ev tikmişəm. İndi yoldaşımla birgə həmin evdə yaşayıram. İnsan yaşa dolduqca doğulduğu yerdə olmaq istəyir. Burada yaxşı insanlar var, günüm əla keçir. Qoca kişilər yığışıb nərd oynayırıq. İcra hakimiyyəti məni bəzən tədbirlərə çağırır. Bir sözlə, Bakı üçün darıxmıram.

- Bakıdan qonaqlarınız olurmu? Dostlarınızdan sizi kimlər ziyarət edir?

- Bakıdan qonaqlarım olur, onlara burada balıq qonaqlığı verirəm. Kür çayının kənarında restoran var, onlar balığı tutub bişirirlər.

Bir dəfə evdə oturmuşdum, məni həmin restorana çağırdılar. Gedib gördüm ki, xeyli polis oraya yığışıb. Sən demə, məni televizorda görüblər və mərc ediblər. Biri deyib, Tariyel müəllim filan rolu oynayıb, digəri deyib oynamayıb. Onlardan biri uduzmuşdu. Uduzan polis polkovniklərlə birgə Ağstafaya gəlib ki, həm mənə, həm də onlara qonaqlıq versin. Beləliklə, yedik, içdik sağollaşdıq.

- Siz özünüz balıq ovuna gedirsiniz?

- Xeyr, amma balıq yeməyi xoşlayıram, hər gün yeyərəm.

- 86 yaş bir igid ömrüdür. Uzunömürlülük genetikdir sizdə, yoxsa sağlam yaşamaqla əlaqədardır?

- Özümü 86 yaşda hiss etmirəm. Hərdən deyirlər ki, qoca kişisən, bu nə hərəkətdir. Hərtərəfli cavanlıq edirəm. Özümü orta yaşlı insan kimi hiss edirəm.

- Qohum xanımlarınıza pul göndərdiyinizi dediniz. Bəs həyat yoldaşınıza nə almağı fikirləşirsiniz?

- Bu gün həyat yoldaşıma 8 Mart münasibətilə 1000 manat pul verdim. O da çox razı qaldı.

- İndi çətin zəmanədir. Hər kişi həyat yoldaşına 8 Mart münasibəti ilə bu qədər pulu verə bilmir. Siz bu qədər məbləği necə toplaya bildiniz?

- Hər ay mən 1500 manat Prezident təqaüdü alıram. Ondan əlavə, 640 manat pensiya alıram. Xalq artisti olduğuma görə isə 200 manat verirlər mənə. Hər ay mənim 2500-dən çox pulum olur. Onun min manatını xanımıma bağışlamayım?!

- Çox səxavətli kişisiniz.

- Bəs necə olmalıyam ki...

- Bakıya gələndə sənət yoldaşlarınızla görüşürsünüzmü? Teatra gedirsiniz?

- Tamaşa olanda mütləq gedib baxıram. Sənət yoldaşlarımdan isə kimi çox istəyirəmsə, onlara zəng edib deyirəm ki, Bakıdayam, görüşək. Gəlirlər və onlara qonaqlıq verirəm.

- Sənət yoldaşlarınızdan kimlərlə dostsunuz?

- Ən yaxın, qardaş kimi çox istədiyim iki nəfər idi. Onlardan biri Şahmar Ələkbərov, digəri isə Həsən Əbluc idi. Hər ikisi dünyasını dəyişib, indi Yasin Qarayevlə dostluq edirəm.

- Mənə müsahibənizdə demişdiniz ki, gənclik illərinizdə xanımlardan 300-ə yaxın məktub almısınız. O illərin həsrətini çəkirsinizmi?

- O məktubların hamısı durur. Həmişə həyatımdan razı qalmışam. Çox az əziyyət çəkmişəm. Ən məşhur aktyor olmuşam, sovet dövründə Almaniyada ikiseriyalı filmə çəkilmişəm. Xeyli sayda filmdə obraz yaratmışam. Mən xoşbəxt aktyor və xoşbəxt insan olmuşam. İnsanlara yaxşılıq etmişəm. Kim mənə müraciət edibsə, onun işini həll etmişəm. Belə olan halda niyə özümü xoşbəxt hiss etməyim ki...

Paylaş

Xəbər lenti

Britaniyalı bloqer Lənkəranda nəyə heyrətləndi? Bu gün, 09:48 Mal ətinin qiyməti yenidən artdı Bu gün, 09:48 Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb Bu gün, 09:48 Milli Qəhrəman Yuri Kovalyovun anım günüdür Bu gün, 09:48 Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR Bu gün, 09:48 "Azeri Light" neftinin qiyməti 102 dollara yaxınlaşdı Bu gün, 09:48 Bu gün bir çox ərazilərdə işıq olmayacaq Bu gün, 08:48 İran ABŞ bazasına zərbə endirdiyini açıqlayıb Bu gün, 08:48 Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat yüksəlib Bu gün, 08:48 Cərrahlar niyə yaşıl və göy geyinirlər? - Səbəbi təəccübləndirir Bu gün, 08:48 Basqala gedən yolda SÜRÜŞMƏ: Asfalt çökdü Bu gün, 08:48 Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub Bu gün, 00:48 ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb Bu gün, 00:48 Ramil Nabran: "İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar" Bu gün, 00:48 Ebola tarixdə görünməmiş sürətlə yayılır: ÜST-dən HƏYƏCAN TƏBİLİ Dünən, 23:48 Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək Dünən, 23:48 Goranboyda baş verən yol qəzasında 2 qardaş xəsarət alıb Dünən, 23:48 Tramp ABŞ ordusunun yenidən İrana zərbələr endirməyə hazır olduğunu bildirib Dünən, 23:48 Venesuela "Chevron" və "Eni" şirkətləri ilə neft sazişləri imzalayıb Dünən, 23:48 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF Dünən, 22:48 Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib Dünən, 22:48 Soyuqdəymənin ilk əlamətləri zamanı BUNLARI EDİN Dünən, 22:48 ABŞ-nin dünən İrana zərbələri nəticəsində ölənlərin sayı açıqlandı Dünən, 22:48 Həkimlər üçün yeni dövr: Əməkhaqqı artımı Azərbaycan səhiyyəsində nələri dəyişəcək? Dünən, 21:48 Azərbaycanda balıq ovu başladı: Bazarda QİYMƏTLƏR NECƏDİR? - VİDEOREPORTAJ Dünən, 21:48 Regionlarda çalışan tibb işçilərinə yeni STİMUL: "Bu, yalnız maddi dəstək deyil" Dünən, 21:48 Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir? Dünən, 21:48 Sabunçuda 66 yaşlı piyadanın ölümündə təqsirləndirilən avtobus sürücüsünə ittiham aktı elan olunub Dünən, 21:48 "Şamaxinka"dan Biləcəriyə gedən yol bağlanacaq Dünən, 21:48 Baş həkim maaş artımından danışdı: "Gənc mütəxəssislərin regionlara axını stimullaşacaq" Dünən, 20:48 Kilian Mbappeni oğurlamaq istəyən cinayətkar qrup ifşa edildi Dünən, 20:48 Bakıda ucuz mənzili bu rayonlardan almaq olar Dünən, 20:48 "Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir" Dünən, 20:48 Sosial şəbəkədə "arıqlama çayı" satışı ilə bağlı saxtakarlıq: Dövlət qurumu hərəkətə keçdi Dünən, 19:48 "Uber"dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır Dünən, 19:48 Pul yığmağın ən asan yolu bu imiş Dünən, 19:48 ŞƏT-də Qarabağ mesajı: "Azərbaycan beynəlxalq hüququ döyüş meydanında bərpa etdi" Dünən, 19:48 Ermənistan Hindistandan "Pralay" raketləri alır? - Region üçün yeni TƏHLÜKƏ Dünən, 19:48 Almaniya Litvaya hərbi qüvvələr göndərir Dünən, 18:48 Əməkhaqlarının artırılması tibb işçilərinin əməyinə verilən yüksək diqqət və qayğının göstəricisidir - RƏY Dünən, 18:48 Deputat: "Mehriban Əliyevanın təşəbbüsü güclü səhiyyə sisteminin formalaşmasına mühüm töhfədir" Dünən, 18:48 Bakının bu məktəbi tamamilə dəyişir - 624 şagird üçün YENİ BİNA Dünən, 18:48 Turan Zeynallı: Əməkhaqlarının artırılması ilə səhiyyə işçiləri gələcəyə daha böyük inamla baxacaqlar Dünən, 18:48 Həkim-pediatr: "İşimizin qiymətləndirildiyini hiss etmək bizə əlavə güc və motivasiya verir" Dünən, 18:48 Rusiya Kiyev və Odessa yaxınlığına yeni zərbələr endirib Dünən, 17:48 Bakı və Abşeronda iqlim dəyişir - Bizi nə gözləyir? Dünən, 17:48 Aİ-də Rusiyanın 200 milyard avroluq aktivləri ilə bağlı yeni plan hazırlanıb Dünən, 17:48 "Nizami" metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR