
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 270 m² (hər mərtəbəsi 135 m²) olan kürsülü, ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.
AVESTA.AZ xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.