11-03-2025, 11:48 601

Dövlət Turizm Agentliyindəki həbslərin ŞOK PƏRDƏARXASI

Dövlət Turizm Agentliyinin (DTA) rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsindən sonra bu qurum ətrafında iddialar səngimir.

BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyindən xidməti yazışmaların sızdırılması qurumun rəhbəri Fuad Nağıyevin postunu itirməsi ilə nəticələnəcək.

DTA Aparatının əməkdaşı Nicat Hüseynovun həbsindən əvvəl xəbər yayılmışdı ki, Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb ediliblər. "Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır", - deyə mənbə bildirib.

İddialarda o da bildirilir ki, Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən "Transparency International" təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib. Belə ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər "Transparency İnternational" təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər.

Məlumata görə, Fuad Nağıyevin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər. Xəbər verdiyimiz kimi, iki gün əvvəl Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb.

Kənan Qasımov

Onu da bildirək ki, sözügedən şəxs 2009-2014-cü illərdə "Transparency International/Azerbaijan" təşkilatında müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. Yeri gəlmişkən, Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov agentliyin ünvanına sərt fikirlər səsləndirib. "Dövlət Turizm Agentliyinin rəhbərliyinin niyə Milli Kulinariya Mərkəzini iflic vəziyyətinə salması, Milli Kulinariya Assosiasiyasına daim təzyiq göstərməsi, Ermənistana bu sahədə yol açıb revanş verməsi, bu sahədəki QHT-lərin işinə qanunsuz müdaxilə etməsi, özünə QHT yaratması, dövlətin bu sahədəki qələbələrinin heçə endirilməsi, brendləşən festivalların ləğvi, Kulinariya Şöhrəti Muzeyinin dağılmasının səbəblərini indi yalnız təxmin etmirik, həm də buna artıq əminik, bunu artıq hamı anlayır", - deyə o bildirib. Tahir Əmiraslanov dövlət başçısına məlum sərəncama görə təşəkkür edib. Qeyd edək ki, Dövlət Turizm Agentliyi iddialara heç bir münasibət bildirməyib. Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Turizm Agentliyi ilə əlaqəli istintaq isə davam edir. Bu isə o deməkdir ki, sürpriz həbslər qaçılmazdır.

Musavat.com-un yaydığı son xəbərə görə, agentliyin sədri Fuad Nağıyevin işə çıxmadığı bildirilir. Məlumata görə, yaxın günlərdə Fuad Nağıyevin tutduğu vəzifədən azad edilməsi gözlənilir. Onu da deyək ki, Fuad Nağıyevə töhmət elan edilməsindən sonra DTX qurumda yoxlamalara başlayıb. Bunun nəticəsi olaraq Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov həbs edilib. Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov isə vəzifələrindən uzaqlaşdırılıb. Onların da istintaqa cəlb edildiyi bildirilir.

Paylaş

Xəbər lenti

Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR