15-10-2022, 04:19 475

Türkiyədə qəbul olunan dezinformasiya ilə mübarizə haqqında yeni qanunun üstünlükləri açıqlanıb

“Türkiyədə əsassız xəbərlərin sürətlə yayıldığı sosial media platformalarından biri də tviterdir. Sosial media istifadəçiləri xüsusilə tviterdə tirajlanan saxta xəbərlərin mənbəyini araşdırmadan kortəbii surətdə onun yayılmasında bilərəkdən, yaxud bilməyərəkdən iştirak edirlər. Bunun da əsas səbəbi məhz xəbər yaymanın, informasiya emalının dəqiqləşdirilməmiş şəxs və qurumlar tərəfindən aparılmasına mane ola bilən mexanizmin mövcud olmamasıdır”.

Bu fikirləri “AVESTA.AZ”un yerli bürosuna açıqlamasında türkiyəli rəqəmsal sosial media üzrə ekspert Emre Özcan bildirib.

Onun sözlərinə görə, istifadəçilərin rəqəmsal media oxuculuğunun aşağı səviyyədə olması bu tipli dezinformasiya yayan şəxs və qurumların işlərini daha da asanlaşdırır. Nəticədə heç baş verməmiş, yaxud illər öncə olmuş hansısa hadisənin yeni bir xəbər imiş kimi yayılması sosial mediada “viral effekti” yaradır. Yəni, hər kəs biri-birində gördüyü hansısa feyk (saxta) xəbəri araşdırmadan sadəcə paylaşaraq cəmiyyətdə əslində olmayan bir məsələ haqqında fikirlər formalaşdırır

Ekspert qeyd edib ki, Türkiyədə qəbul olunan dezinformasiya ilə mübarizə haqqında yeni qanun layihəsinin də əsas hədəfi neqativ halları aradan qaldırmaqdır :

“Yeni qanun layihəsinə əsasən istifadəçilər bu kimi xəbərləri yayarkən daha diqqətli olmalıdırlar. Çünki, heç bir əsasa söykənməyən bu tipli xəbərlərin, yaxud saxta videoların paylaşılması həm xalq arasında kin və nifrətə çağırışlara, həm də ictimaiyyətdə lüzumsuz panikaya gətirib çıxara bilər. Belə olan halda isə əlbəttə dövlət müəyyən hüquqi müdaxilələr etməlidir. Məsələn, illər öncə hansısa başqa ölkədə çəkilmiş müharibə görüntülərinin ölkə seqmentində tamamilə aidiyyatı olmayan başlıqla paylaşılması, yaxud iqtisadi göstəriciləri real statistikalara uyğun olmayan formada cəmiyyətə təqdim etmək, təbii ki, həm jurnalist etikasına yaraşmır, həm də cəmiyyətdə çaşqınlıq yaradır və birmənalı qarşılanmır”.

E. Özcan vurğulayıb ki, qanun layihəsinin ən önəmli bəndlərindən biri də bundan ibarətdir ki, artıq saxta xəbərləri, ölkədəki bütün internet resurslarından eyni anda təmizləmək mümkün olacaq:

“İstər internet saytları, xəbər portalları, istərsə də, sosial mediadakı xəbər səhifələri bəzi dezinformasiyaları eyni anda paylaşa bilirlər. Artıq yeni qanuna əsasən ölkədəki internet paylayıcıları və internetin təmini bazaları bu kimi saxta xəbərlər eyni anda təmizləyəcək”.

Ekspert, bu praktikanın bir çox inkişaf etmiş ölkələrdə müsbət nəticələr verdiyini bildirib :

“Bildiyiniz kimi, bu kimi mexanizmlər bütün Avropa ölkələrində sınaqdan keçmiş metodlardandır. Hesab edirəm ki, xüsusilə Türkiyə kimi kritik coğrafiyada yerləşən və bir çox dövlət və qurumların maraq dairəsində olan ölkələrdə qeyd etdiyimiz istiqamətverici qanun layihələri işlənib hazırlanmalıdır. Yeri gəlmişkən, Azərbaycanın apardığı 44 günlük İkinci Qarabağ müharibəsində də ölkəniz müxtəlif səviyyəli dezinformasiyalara məruz qalmışdı. Nəzərə almaq lazımdır ki, bu kimi saxta xəbər istehsalçıları, troll səhifələri məhz belə kritik məqamlarda daha da fəallaşırlar. Məhz bu mənada Azərbaycan da, həmçinin digər dövlətlər də bu praktikadan səmərəli şəkildə istifadə edə bilərlər”.

Paylaş

Xəbər lenti

Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR