
Sumqayıt sakininin başına iş gəlib.
AVESTA.AZ xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Şikayətçi bildirib ki, ona aid olmayan avtomobilin cəriməsi həmin şəxsə göndərilib.
"Bu maşın mənim deyil. Avtomobilim boz rəngdədir, cərimə bildirişindəki nəqliyyat vasitəsi isə ağdır. Həmçinin şəkildəki maşının nömrəsi 989-la bitir. Cəriməni də mənə göndəriblər. Cərimənin yazıldığı yer Bakıdır, mən Sumqayıtda qalıram. Cərimə yazılan saatda evdə yatırdım", - deyə o, paylaşımnda qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.