18-03-2025, 14:48 352

Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların YENİ QRAFİKİ

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel 2025-ci il tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların yeni qrafikini müəyyənləşdirib.

BAKU.WS ADY-yə istinadən xəbər verir ki, yeni hərəkət cədvəlinə əsasən, Bakı–Pirşağı–Sumqayıt və Bakı–Xırdalan–Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və xüsusən günorta saatlarında qatarlararası interval azaldılır. Həmçinin sürət qatarlarının iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib. Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur.

İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılacaq. O cümlədən sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunur (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu isə işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir.

Eyni zamanda, Bakı–Xırdalan–Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılıb. Belə ki, bu vaxtadək saat 07:20-dan Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatacaq. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edəcək yeni FLİRT qatarı Bakıya 07:15-də çatacaq. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaratmış olacaq. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.

Şənbə günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılacaq.

Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılacaq.

Bu dəyişikliklər Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37-38 min nəfərdən 48-50 min nəfərə qədər artırmağa imkan verəcək.

Paylaş

Xəbər lenti

Azərbaycan gömrüyü mal və nəqliyyat vasitəsinin yoxlanılması aktını iki iş gününə təqdim edə bilər Bu gün, 19:49 Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Bu gün, 19:49 Tramp: "İran bizdən Hörmüz boğazını tezliklə açmağımızı istəyir" Bu gün, 19:48 EBRD və Azərbaycanın Energetika Nazirliyi strateji "yol xəritəsi" üzrə əməkdaşlıq edir Bu gün, 19:48 Qaxda canavarlar 5 baş qoyunu parçalayıb Bu gün, 19:48 Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Bu gün, 19:48 Bakıda sərxoş dostlar arasında dava ölümlə nəticələndi - TƏFƏRRÜAT Bu gün, 18:48 DİQQƏT! Mayın 1-də saat 10:00-dan 16:00-dək... Bu gün, 18:48 Bakıda 1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunubmuş Bu gün, 18:48 Şəhiddən qalan SON FOTO: "Onunla hər yerə getdim, bircə şəhidlikdən başqa" Bu gün, 18:48 Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək Bu gün, 18:48 WUF13-ə hazırlıq məqsədilə nəqliyyatın monitorinqi çərçivəsində bir sıra küçələrdə tənzimləmələr tətbiq olunacaq Bu gün, 18:48 "Azercell" tətbiqinə dostunu dəvət et, bonus qazan! Bu gün, 18:48 Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr Bu gün, 18:48 Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək Bu gün, 18:48 Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir Bu gün, 18:48 Birləşmiş Ərəb Əmirlikləri mayın 1-dən OPEC+ sazişindən ayrılır Bu gün, 17:48 Mətanət İsgəndərli illər əvvəl buna görə 20 kiloqram arıqlayıb Bu gün, 17:48 Aktrisa 12 ilik həyat yoldaşından boşandı Bu gün, 17:48 "Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar Bu gün, 17:48 Süni intellektin taleyi məhkəmədə həll olunur: Mask və Altman üz-üzə Bu gün, 17:48 Azərbaycan enerji təhlükəsizliyində alternativdən əsas marşruta çevrilir? - MÜHÜM MÜZAKİRƏ Bu gün, 17:48 Türkiyədə aparıcının bu qısa geyimi tənqid edildi Bu gün, 17:48 Mədəniyyət sahəsində qrantların verilməsi üçün yeni qaydalar hazırlanacaq Bu gün, 17:48 Nadir Qafarzadədən anası ilə bağlı təsirli paylaşım Bu gün, 17:48 Məşhur müğənni evlərini və maşınlarını satıb, kənddə 10 milyona zavod açdı Bu gün, 16:48 Bunu dünyada ilk dəfə Dilarə Kazımova edib Bu gün, 16:48 AAYDA-dan işdən çıxarılan bölgə rəisi məmur oğlu imiş Bu gün, 16:48 Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır Bu gün, 16:48 ABŞ-dən genişmiqyaslı hərbi hazırlıq siqnalları: Son 72 saatda... Bu gün, 16:48 Qırmızı Bazar qəsəbəsinə çatan növbəti 16 ailəyə mənzillərin açarları təqdim olunub Bu gün, 16:48 "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXIB? Bu gün, 16:48 Cıdır Atçılıq Mərkəzi təmirə bağlanır Bu gün, 16:48 Baş nazirdən YENİ QƏRAR: İki şirkət siyahıdan çıxarıldı Bu gün, 15:48 Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ! - Qiymətlər ENDİ Bu gün, 15:48 BƏƏ Prezidenti İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib Bu gün, 15:48 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb Bu gün, 15:48 Bakıda universitet binasına YANĞIN Bu gün, 15:48 Bakıda güclü külək səbəbindən 34 ağac aşıb Bu gün, 15:48 Həbs həyatı yaşayan türkiyəli məşhurlar - SİYAHI Bu gün, 15:48 KİV: Donald Trampın İranın münaqişənin həlli ilə bağlı son təklifini qəbul etməsi ehtimalı azdır Bu gün, 15:48 Şirvanda peşə liseyinə yeni direktor təyin edilib Bu gün, 15:48 Elçin Əmirbəyov Vatikanda bir sıra görüşlər keçirib Bu gün, 14:48 Prezident bir qrup sahibkarı təltif edib Bu gün, 14:48 Ziya Bünyadov prospektindəki tuneldə ZƏNCİRVARİ QƏZA Bu gün, 14:48 İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verilib Bu gün, 14:48 Prezident Qvineyada "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"i təsdiq edib Bu gün, 14:48 İlham Əliyev Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin tanınması haqda sazişi təsdiq edib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR