21-03-2025, 13:48 406

Səməd Vurğunun doğum günüdür

Bu gün Azərbaycanın Xalq şairi Səməd Vurğunun 119 yaşı tamam olur.

Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olub.

Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ilk təhsilini kənd məktəbində almışdır.

1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir maarif ocağı idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idilər.

Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qazetində çıxırdı.

Şairin ilk çap əsəri olan "Cavanlara xitab" şeiri 1925-ci ildə Tiflisdə çıxan "Yeni fikir" qazetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı.

Seminariyanı bitirdikdən sonra Səməd Vəkilov Azərbaycanın bir sıra kənd və rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin vətəni Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.

Onun yaradıcılığı sadə xalq dilinə yaxınlığı ilə seçilib. Vurğun şeir və poemalarında sevgiyə və təbitə tərənnümlərinə geniş yer verib. Şairin 1934-cü ildə yazdığı "Azərbaycan" şeiri ədəbiyyatımızda bütün dövrlərin ən yaxşı nəzm əsərləri arasında göstərilir.

1930-cu illərdə o, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edib.

1930-cu illərdə şairin "Könül dəftəri" və "Şeirlər" kitabları çapdan çıxıb.

1937-ci ildə "Vaqif", sonrakı illərdə "Xanlar", "Fərhad və Şirin", "İnsan" dramlarını, "Zəncinin arzuları", "Muğan", "Aygün" və "Zamanın bayraqdarı" poemalarını qələmə alıb.

1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilib.

1956-cı ilin martında "Azərbaycanın Xalq Şairi" fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb.

Şair 1956-cı il mayın 27-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.

Paylaş

Xəbər lenti

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb Bu gün, 14:48 Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır Bu gün, 14:48 May ayının son gününə olan hava proqnozu açıqlanıb Bu gün, 14:48 Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub Bu gün, 13:48 Sərhəddə ƏMƏLİYYAT: Narkotik və yüzlərlə psixotrop həb ələ keçirildi Bu gün, 13:48 Yaponiyalı alimlər xroniki yorğunluğu B qrupu vitaminlərinin çatışmazlığı ilə əlaqələndiriblər Bu gün, 13:48 İlham Əliyev Zoran Milanoviçi təbrik edib Bu gün, 12:48 "Subway Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib Bu gün, 12:48 Bu gün böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğum günüdür Bu gün, 12:48 Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb Bu gün, 12:48 Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb Bu gün, 11:48 Ağdərədə itkin düşən ailəyə aid olduğu ehtimal edilən sümük fraqmentləri tapılıb Bu gün, 11:48 Avstraliya hərbi gücünü genişmiqyaslı şəkildə artırmağa başlayıb Bu gün, 11:48 Qəbələdə güclü külək və dolu bir sıra fəsadlara səbəb olub Bu gün, 11:48 Seysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi Bu gün, 10:48 Azərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb Bu gün, 10:48 Şotlandiyanın musiqi qrupu Ağ Evə qadağa qoydu Bu gün, 09:48 Ukrayna və Kanada birgə dron istehsalı barədə razılığa gəlib Bu gün, 09:48 UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək Bu gün, 09:48 Bu yolda sürücülər böyük çuxura düşür Bu gün, 00:48 Tramp İranla bağlı toplantısını heç bir qərar qəbul etmədən başa vurub Bu gün, 00:48 San-Pauluda Azərbaycan bayrağı göydələnlərdə proyeksiya edildi Bu gün, 00:48 Bakı metrosuna yüz milyon dollarlıq vəsait ayrıldı Dünən, 23:48 İnsanların axın etdiyi müqəddəs məkanın sirri: "Bu su üstlərinə düşsə..." Dünən, 23:48 Bu yola iri ağac aşıb - Yol polisindən XƏBƏRDARLIQ Dünən, 23:48 XƏBƏRDARLIQ: Bakıya və Abşeron yarımadasına dolu yağması ehtimalı var Dünən, 23:48 Oğuzda güclü külək ağacı aşırıb, 15 kənd işıqsız qalıb Dünən, 23:48 Küləkli hava sağlamlığa necə təsir edir? - Bunları bilməlisiniz Dünən, 22:48 FAKTİKİ HAVA: Bir çox rayonlara dolu düşüb, intensiv yağıntı müşahidə edilir Dünən, 22:48 Su-kanalizasiya işləri apardılar, asfalt qatını təmir etməyi unutdular Dünən, 22:48 Bəqai: İran və ABŞ arasında yekun razılıq əldə olunmayıb Dünən, 22:48 İçərişəhərdə Qarabağ mədəniyyətinə həsr edilmiş festival təşkil olunub Dünən, 22:48 Orta əsr Şərqinin türk mütəfəkkirləri Dünən, 21:48 Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb Dünən, 21:48 Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK Dünən, 21:48 Berqe: Azərbaycan Xalq Cümhuriyyəti bir çoxlarından əvvəl qadınlara səsvermə hüququ verib Dünən, 21:48 Abituriyentlər ilk imtahanın nəticəsi açıqlanmadan, ikinci cəhd üçün niyə qeydiyyatdan keçməlidir? Dünən, 21:48 Xankəndidə istehsal gücü illik 25 milyon cüt iş əlcəyi olan müəssisə fəaliyyətə başlayıb Dünən, 20:48 Minimum maaş ən azı 660 manat olmalıdır - DEPUTAT Dünən, 20:48 İstanbullulara zəlzələ ilə bağlı QORXUNC XƏBƏRDARLIQ - 90 min bina tam dağılacaq Dünən, 20:48 BMT rəsmisi: Azərbaycan kimliyi qitələrin və sivilizasiyaların qovşağında formalaşıb Dünən, 20:48 "Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? Dünən, 19:48 Avropa çempionatı: Azərbaycanın minifutbol millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəlib Dünən, 19:48 Elşad Quliyev: "Qrup mərhələsini birinci pillədə bitirmək istəyirik" Dünən, 19:48 Sabah hava meteohəssas insanlar üçün necə olacaq? Dünən, 19:48 Sumqayıtda yük avtomobilləri toqquşub, xəsarət alanlar var Dünən, 19:48 Ruzigar İbrahimzadə: "Avropa çempionatında birinci yeri tutmaq üçün əlimizdən gələni edəcəyik" Dünən, 19:48 Sevilən məkan, dəyişməz keyfiyyət: "Günaydın" restoranı daha bir ünvanda Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR