
Gəncədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Nizami Gəncəvi prospektində 3 avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü R.Aslanov, 1998-ci il təvəllüdlü Ə.Əliyev və daha 2 nəfər isə yüngül xəsarətlər alıb.
R.Aslanov, Ə.Əliyev xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
*** 17:15
Gəncədə zəncirvari yol qəzası olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhər ərazisində iki "KİA" və bir "Mercedes" markalı avtomobillərinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.