
Sabah Şərur rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, 159 mm boruda çat yarandığı üçün təmir işləri aparılması məqsədilə saat 10:00-dan saat 12:00-dək Mahmudkənd, Zeyvə, Düdəngə və Cəlilkənd kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.