27-03-2025, 11:48 357

Modinin islamofobluğunun genişlənən sərhədi – hədəf müsəlman vəqfləridir

Cənubi Qafqaz da maraqların kəsişdiyi bölgələrdəndir. Buna əsas səbəb Ermənistanın Azərbaycana qarşı tutduğu mövqedir. Çünki region ölkələrinin bir-birinə münasibəti normal olmazsa, kənar maraqlar bundan faydalanmağa çalışır.

AVESTA.AZ "Report.az"a istinadən xəbər verir ki, Ermənistanın indiyədək qonşu ölkələrə - Türkiyə, Gürcüstan və Azərbaycana qarşı ərazi iddiaları, vaxtilə Azərbaycan torpaqlarını işğal altında saxlaması, indiki şəraitdə iki ölkə arasında sülh sazişinin imzalanması üçün şərtlərə əmələ etməməsi, xüsusilə təcavüzkar konstitusiyasını dəyişməməsi, ATƏT-in Minsk qrupunun ləğvi istiqamətində addım atmaması kimi davranışı xarici qüvvələrin də maraqlarının kəsişməsinə təkan verən amillərdəndr.

Məsələn, Fransa mümkün bütün variantlardan yararlanaraq Ermənistandan alət kimi istifadə etməklə bölgədə özünə yer eləməyə çalışır. Tehran hakimiyyəti bu ölkədən Azərbaycana təzyiq elementi olaraq yararlanmaq üçün ona əlindən gələn yardımı və əməkdaşlığı edir. Bu azmış kimi, Ermənistanın daxili işinə qarışaraq Zəngəzur yolunun açılmasını əngəlləməyə çalışır.

Rusiya Ermənistanda hərbi kontingentini saxlamaqla regional maraqlarını və üstünlüyünü həm də bu yolla qorumaqda davam edir.

2024-cü ilin aprelində Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan arasında sonuncunun NATO-ya inteqrasiyası məqsədilə siyasi, iqtisadi, humanitar sahələrdə çoxsaylı sazişlər imzalanıb.

Həmin müqavilə Rusiya başda olmaqla, MDB ölkələri, habelə Cənubi Qafqaz üçün təhlükəlidir. 20 maddəlik bu sənəddə Ermənistan ordusunun yenidən qurulmasına, hərbi doktrinasının yenidən hazırlanmasına dair məsələlərlə yanaşı, maliyyələşdirilməsi də öz əksini tapıb.

Belə sənəd isə region ölkələri arasında etimada zərbə vurur. Bundan başqa, maraqlarının təmin olunmasını istəyən güclər isə Cənubi Qafqazda gərginliyin artması üçün çalışırlar.

Bölgədə maraqlarının təmin olunmasını istəyənlərdən biri də Hindistandır. Mövcud Nerandra Modi hökuməti Cənubi Qafqazda təkcə Ermənistan vasitəsilə güclənmir, o, ölkədəki hadisələrə əsasən, demək olar ki, müsəlmanlara qarşı hikkəsini də reallaşdırır.

Sirr deyil ki, rəsmi Nyu-Delhi uzun illərdir Cammu və Kəşmirin statusu ilə bağlı münaqişənin həllinə mane olur. Bu yaxınlarda isə bölgənin xüsusi statusunu belə ləğv edib. Bundan başqa, Hindistandakı mühacir müsəlmanlara vətəndaşlığın və ya daimi yaşama icazəsinin verilməsini əngəlləyən qanun qəbul etməklə onlara qarşı ayrı-seçkilik tətbiq edilib.

Bu, Modi hakimiyyətinin islamofob siyasi-ideoloji düşüncə sisteminin gerçəkləşdirdiyi çoxsaylı planlardandır.

Ermənistanla Hindistan arasında hərbi sahədə iki milyard dollarlıq razılaşma əldə olunub. Ermənistan müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti bu ilin fevralında Hindistanda səfərdə olub. 2024-25-ci illərdə İrəvan Nyu-Delhidən daha 600 milyon dollarlıq silah almağı planlaşdırır. Ermənistan Hindistandan artilleriya və hava hücumundan müdafiə sistemi almağa üstünlük verir.

Yeri gəlmişkən, Nyu-Delhi öz xarici siyasi paradiqmasında Qərbi Asiyada mövcudluğunu gücləndirmək üçün Avropaya çıxış məqsədilə tərəfdaş olaraq İran, Ermənistan, Yunanıstan və Fransanı seçib. Bununla o, Türkiyəyə qarşı rəqabət aparır. Türkiyənin İslam dünyası, Yaxın Şərq, Hindistan, Çin, Orta Asiyada və Cənubi Qafqazda nüfuzunun artmasına qarşı məlum üçlükdən faydalanmağa səy göstərir.

Xarici siyasətdə yürütdüyü anti-müsəlman davranışı Modi hakimiyyəti Hindistanda davam etdirir.

Türkiyədə çıxan "Türkiye" qəzetində "Müsəlmanların əmanəti təhlükə altında: Vəqfin 14 milyard dollarlıq mal-mülkünü Modi hökumətinin qəsb etdiyi ortaya çıxdı" başlıqlı məqalə rəsmi Nyu-Delhinin islamofob mahiyyətini bir daha təsdiqləyir.

Məlum olduğu kimi, türk-müsəlmanlar əsrlərlə Hindistanı idarə edir. Müsəlmanların dini və xeyriyyə məqsədli verdikləri ianələr əsasında yaranan vəqf mülkləri Hindistan hökumətinin təzyiqi ilə addım-addım talan edilir.

Modinin başçılıq etdiyi kabinet müsəlmanlara aid vəqf torpaqlarını zorla mənimsəməyə, onları talan etməyə başlayıb. Madhya Pradesh əyalətinin Ujjain şəhərində bu ilin yanvar ayında təxminən 250 mülk, hökumətin genişlənmə layihəsi bəhanəsi ilə buldozerlərlə yerlə yeksan edilib.

Vəqfin daşınmaz əmlakı olan həmin mülkləri Modi hökuməti hüquqi və dini dəyərləri heçə sayaraq güc yolu ilə ələ keçirir. İslamofob hökumət Hindistanda müsəlmanları, eləcə də türklərin tarixi və mədəni izlərini məhv etməkdə davam edir.

Tarixi Təkiyyə Məscidi bu ilin yanvarında buldozerlə yelə bir edilib. Ora iki min nəfərin eyni anda ibadət edə biləcəyi yer idi. Həmin məscid bölgədəki müsəlman icmasının toplanması üçün də əhəmiyyətli bir mərkəz olub.

Ölkənin mərkəzi hissəsində yerləşən Madhya Pradesh əyalətinin Ujjain şəhərində səlahiyyətlilər 2,1 hektarlıq geniş bir vəqf torpağını boşaldıb. Oradakı 250 yaşayış evi və ticarət obyektləri dağıdılıb.

Hindistanda ümumi dəyəri 14 milyard 22 milyon dollar olan təxminən 872 min mülk vəqf statusunda yerləşir. Bu mülklər 405 min hektarlıq bir əraziyə yayılıb.

Məlumata görə, Narendra Modinin hindus milliyyətçi Bharatiya Janata Partiyası (BJP) tərəfindən təklif edilən yeni qanun layihəsinə əsasən, dövlət vəqf mülklərinə nəzarəti artıracaq. Layihənin bu günlərdə müzakirə ediləcəyi gözlənilir. Yeni qanun layihəsi vəqf mülklərini idarə edən qaydalara köklü dəyişikliklər edərək müsəlman vəqf varlıqları üzərində dövlətin birbaşa nəzarətini hədəfləyir.

Bu sənədə əsasən, müsəlman olmayanların da vəqf idarə heyətinə üzv olaraq təyin edilməsinə icazə verilməsi nəzərdə tutulur. Həmçinin, vəqf mülklərinin məcburi olaraq rayon idarəsinə qeydiyyata alınması, dövlətin vəqf mülklərindən istifadə edilməsinə birbaşa qərar vermə səlahiyyətinə sahib olması da planlaşdırılır.

Hakimiyyətin bu siyasəti mülkiyyət hüququnun pozulması, müsəlmanların assimilyasiyasına imkan və şərait yaradacaq. Habelə, müsəlmanların dini mülkləri üzərindəki birbaşa təsirini zəiflədəcək.

Modi hökuməti bununla da azlıqda olan müsəlman icmasına qarşı ayrı-seçkilik siyasətini davam etdirir. Bu qanun layihəsi qəbul ediləcəyi halda müsəlman icmasının fəaliyyəti məhdudlaşdırılacaq, vəqfin mülkləri onların nəzarətindən çıxacaq.

Modi hökuməti bu siyasətin icrasına 2023-cü ildən başlayıb. Hələ ki İslam Konfransı Təşkilatı və nüfuzlu müsəlman dövlətləri onun bu islamofob fəaliyyətinə etiraz etməyib.

Deməli, Hindistanın Ermənistanla hərbi texniki sahədə əməkdaşlığı adi ticarət əlaqəsi, yaxud regionda Pakistana və Çinə qarşı çıxış etmək deyil. Bu, Modi hakimiyyətinin antitürk və islamofob mahiyyətindən irəli gəlir. Bu isə faşizm, ən azı isə şovinizmdir.

Paylaş

Xəbər lenti

Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR