28-03-2025, 10:48 665

Leyla və Arzu Əliyevalar 1500-dən çox şəhid ailəsi ilə görüşüb

"Ramazan ayında Leyla Əliyeva və Arzu Əliyevanın 1500-dən çox şəhid anası və şəhid ailələri ilə görüşü onlara böyük təsəlli oldu, bu görüş qəlbləri isindirən unudulmaz anlarla yadda qaldı".

AVESTA.AZ xəbər verir ki, bu fikirləri "Mənim Oğlum Qəhrəmandır!" və "Mənim Atam Qəhrəmandır!" layihələrinin rəhbəri Cəlal Qurbanov deyib. O vurğulayıb ki, şəhidlər – azadlığımızın, suverenliyimizin əbədi keşikçiləridir:

"Onların ailələri isə bizə əmanətdir. Bu müqəddəs Ramazan ayında və Novruz bayramı günlərində şəhid analarına, şəhid övladlarına göstərilən diqqət və qayğı bir daha sübut etdi ki, onların fədakarlığı xalqımızın qəlbində əbədi yaşayacaq".

C.Qurbanov deyib: "Beş ildir ki, həyata keçirilən "Mənim Oğlum Qəhrəmandır" və "Mənim Atam Qəhrəmandır" layihələrinin əsas məqsədi təkcə şəhid ailələrinə mənəvi dayaq olmaq deyil, həm də Vətən uğrunda canını fəda edən igidlərimizin adını yaşatmaqdır. Bu layihələr hər şeydən əvvəl milli birliyimizin təcəssümüdür. Heydər Əliyev Fondunun dəstəyi ilə son iki həftə ərzində keçirilən tədbirlər – şəhid anaları üçün təşkil olunan 8 Mart iftar süfrələri və "Şahdağ" Turizm Mərkəzində şəhid övladları üçün təşkil edilən Novruz şənlikləri bu vəhdətin ən gözəl nümunəsi oldu. Azərbaycanın müxtəlif bölgələrindən gələn 1200-dən çox şəhid ailəsi bir araya gəldi. Onlar bir-birilərinə təsəlli verdi, dövlətin qayğısını, millətin ehtiramını hiss etdilər. Bu tədbirlərin ən duyğulu anlarından biri isə məhz martın 4-də və 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın şəhid anaları ilə görüşü oldu. Onların hərarətli qucağı, səmimi sözləri anaların qəlbinə işıq saçdı. "Siz tək deyilsiniz, Vətən sizə borcludur!" – bu sözlər sadəcə təsəlli deyildi, bu, şəhid ailələrinin göz yaşlarını qürurla silən, onların yaralarını Vətən sevgisi ilə sarıyan ümid işığı idi. Leyla və Arzu Əliyevalar şəhid analarının göz yaşlarını silərkən, onların dərin kədərini qürura çevirməyə çalışarkən, həmçinin "Şahdağ"da şəhid övladları ilə Novruz bayramını qeyd edərkən bir daha göstərdilər ki, bu ailələr hər zaman dövlətin, millətin diqqətindədir".

Layihə rəhbəri beş ildir bu layihələrə dəstək verən, şəhid ailələrinin hər zaman yanında olan Heydər Əliyev Fondunun İcraçı Direktoru Anar Ələkbərova şəhid ailələri adından dərin minnətdarlığını bildirib.

"Cənab Prezidentin ailə üzvlərinin şəhid ailələrinə göstərdiyi qayğı, sevgi, diqqət əvəzedilməzdir!" – deyə vurğulayan Cəlal Qurbanov, Anar Ələkbərovun sözlərini xatırladaraq qeyd edib ki, "Biz şəhid analarını və şəhid balalarını qorumalıyıq!"

"Bu müqəddəs missiya bir vətəndaş borcu olmaqla yanaşı, mənəvi dəyərdir. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələri daim ehtiramla yad edilməli, onların qurbanları heç zaman unudulmamalıdır. Bu layihələrin davamlı həyata keçirilməsində, şəhid ailələrinin hər zaman diqqət və qayğı ilə əhatələnməsində böyük dəstək olan Heydər Əliyev Fonduna və onun icraçı direktoru Anar Ələkbərova bir daha dərin minnətdarlığımı bildirirəm. Bu layihə birlik layihəsidir! O, xalqımızın həmrəyliyini, şəhid ailələrinə olan ehtiramını və Vətən sevgisini özündə birləşdirir. Biz birlikdə daha güclüyük və şəhidlərimizin əziz xatirəsini yaşatmaq bizim ən böyük borcumuzdur. Birlik, sadəcə bir araya gəlmək deyil, eyni ürək döyüntüsü ilə yaşamaq, eyni dəyərləri qorumaqdır. Bu birlik bizim millət olaraq gücümüzdür, şəhid ailələrinə verdiyimiz mənəvi dayaqdır. "Bəli, biz şəhid əmanətlərini qorumalıyıq! Onların hər biri bizə Vətənin müqəddəs yadigarıdır və bu yadigarları yaşatmaq, onlara sahib çıxmaq bizim ən ümdə vəzifəmizdir! Vətənimizin azadlığı uğrunda canından keçən hər bir şəhidimizin əziz xatirəsi hər zaman bizimlədir, və onların ruhu əbədi yaşayacaq!"- C.Qurbanov qeyd edib.

Paylaş

Xəbər lenti

Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR