
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1700 nəfəri keçib.
AVESTA.AZ xəbər verir ki, Bu barədə bazar günü, martın 30-da Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, 3,4 min nəfər xəsarət alıb, 300 nəfər isə itkin düşmüş hesab olunur.
Müxtəlif mənbələrə görə, Myanmada baş verən zəlzələnin gücü 7,7-7,9 bal arasında dəyişib. Zəlzələ Minqundakı məşhur ağ Hsinbyume paqodasını, eləcə də Kral Sarayı da daxil olmaqla bölgədəki digər tarixi abidələri dağıdıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.