
Ucar rayonunun Rəstəcə kəndində çaqqalın sakinlərə hücumunun yeni təfərrüatı məlum olub.
Zərərçəkən Gülənbər Məmmədovanın sözlərinə görə, o, həyətdə işləyərkən qəfil hücuma məruz qalıb:
"Tərəvəz yığırdım, birdən nəsə məni yerə yıxdı. Yuxarı baxanda gördüm ki, çaqqaldır. Əllərimi onun ağzına salıb yuxarı və aşağı çənəsindən tutub saxladım. Qışqırdım, qonşular səsimi eşidib köməyə gəldilər. Çox qan itirdim. Allah mənə güc verdi, çaqqalla mübarizə aparıb xilas oldum. Qonşular gəlməsəydi, sağ qalmazdım".
"Birdən qışqırıq səsi gəldi. Yabanı götürüb çaqqalı uzaqlaşdırmaq istədim. Bu zaman üstümə cumdu, barmağımın bir hissəsini qopardı", - digər zərərçəkən Musa Həsənov deyib.
Məsələ ilə bağlı Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, üç nəfər Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə çaqqal dişləməsi diaqnozu ilə daxil olub. Xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.