
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
AVESTA.AZ Teleqraf-a xəbər verir ki, hadisə şəhərin "Komsomol" adlanan ərazisində baş verib. İlkin məlumata görə, 1991-ci il təvəllüdlü İbrahim İbrahimov baş və kürək nahiyyəsinin bıçaq yarası ilə xəstəxanaya çatdırlıb.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir. İ.İbrahimovun qonşusu tərəfindən bıçaqlandığı ehtimal olunur.
Faktla bağlı araşdırma başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.